XalqXəbər.Az

www.XALQXEBER.az » Cəmiyyət » Bu gün Milli Məclis Sədri - Sahibə Qafarovanın doğum günüdür

Bu gün Milli Məclis Sədri - Sahibə Qafarovanın doğum günüdür

Bu gün Milli Məclis Sədri - Sahibə Qafarovanın doğum günüdür
19-03-2020, 09:55

VI çağırış Milli Məclisin Sədri Sahibə Qafarovanın doğum günüdür...

Sədrin 65 yaşı tamam olur.

Qafarova Sahibə Əli qızı 1955-ci ildə Şəmkir şəhərində anadan olub.

O, M.F.Axundov adına Azərbaycan pedaqoji rus dili və ədəbiyyatı institunu (indiki Bakı Slavyan Universiteti) və Azərbaycan Dillər Universitetini fərqlənmə diplomu ilə bitirib. Təhsil müddətində yüksək tədris göstəricilərinə görə, Lenin adına təqaüd alıb.

S.Qafarova 1978-1980-ci illərdə Şəmkir şəhərində rus dili və ədəbiyyatı müəllimi kimi pedaqoji fəaliyyətə başlayıb. 1981-1984-cü illərdə Bakı Slavyan Universitetində aspirantura pilləsində təhsilini davam etdirib. 1985-ci ildən Bakı Slavyan Universitetində müəllim, baş müəllim, dosent və professor kimi çalışıb. 1987-ci ildə elmlər namizədi alimlik dərəcəsi alan S.Qafarova 1998-2000-ci illərdə doktoranturada elmi tədqiqatlarını davam etdirib.

2000-2004-cü illərdə Qərb Universitetinin Qərbi Avropa dilləri fakültəsinin dekanı və İngilis filologiyası kafedrasının müdiri vəzifələrində, 2004-cü ildən isə Bakı Slavyan Universitetinin Beynəlxalq əlaqələr üzrə prorektoru kimi fəaliyyət göstərib. O, 2004-cü ildə elmlər doktoru alimlik dərəcəsi alıb. 2006-cı ildə ABŞ Dövlət Departamentinin Fulbright Scholarship proqramı çərçivəsində Miçiqan Universitetinin "Gender araşdırmaları" İnstitutunda tədqiqatlar aparıb, Birləşmiş Ştatların Prinston, Miçiqan, E.S.Tennessi Universitetlərində Azərbaycanda qadın mövzusunda mühazirələrlə və təqdimatlarla çıxış edib, bir sıra beynəlxalq elmi konfranslarda ölkəmizi uğurla təmsil edib. Çoxillik elmi və pedaqoji faliyyətin nəticəsi olaraq 80-ə qədər elmi və tədris-metodik işin, monoqrafiyanın, proqramların və dərs vəsaitlərinin müəllifidir.

Bununla yanaşı, 2015-2017-ci illərdə AŞPA-nın "Qadınlara qarşı zorakılıqla mübarizə" üzrə Baş məruzəçisi seçilən Sahibə Qafarova həmin qurumun "Qadınlara qarşı zorakılığa yox!" şəbəkəsinin siyasi koordinatoru və rəhbəri vəzifəsində də çalışıb. 2017-ci ildə məhz S.Qafarovanın təşəbbüsü ilə bu şəbəkənin də Bakıda seminarı təşkil olunub.

O, müxtəlif vaxtlarda AŞPA-nın Gender bərabərliyi və Rasizm və ksenofobiyaya qarşı alt komitələrinə rəhbərlik edib. Azərbaycanlı parlamentarinin fəaliyyəti AŞPA-da yüksək qiymətləndirilib, o, qurumun Büro üzvü vəzifəsinə seçilib.

Milli Məclisin sədri S.Qafarova 2018-ci ildən AVRONEST Parlament Asseambleyasında Azərbaycan nümayəndə heyətinə rəhbərlik edib, təşkilatın tədbirlərində Azərbaycan xalqının və dövlətinin mənafeyinin qorunmasında fəal mövqe nümayiş etdirib.

Azərbaycan alimi, filologiya elmləri doktoru, professordur.

O98 saylı Şəmkir şəhər seçki dairəsindən deputat seçilib, 2010-cu ildən Milli Məclisin üzvüdür.

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.