SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » İradə Gülməmmədova Aşağı Güzdək qəsəbəsində səyyar qəbul keçirdi

İradə Gülməmmədova Aşağı Güzdək qəsəbəsində səyyar qəbul keçirdi

Tarix:

5-04-2019, 15:26

/ 1 007 dəfə oxundu.
İradə Gülməmmədova Aşağı Güzdək qəsəbəsində səyyar qəbul keçirdi

Bu gün Abşeron rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədovanın rayonun Aşağı Güzdək qəsəbə sakinlərilə səyyar qəbul-görüşü keçirilib. Görüşdə rayonun səhiyyə, təhsil, mədəniyyət, digər xidmət təşkilatlarının rəhbərləri və qəsəbə sakinləri iştirak edib.

Rayonun kənd və qəsəbələrində yaşayan əhali ilə mütəmədi olaraq görüşlərin keçirildiyini və bunun artıq ənənə hal aldığını vurğulayan İ.Gülməmmədova Abşeronda son 10 ildə həyata keçirilən quruculuq-abadlıq işlərindən danışıb. Rayonda kəndlərarası yol infrastrukturunun yeniləndiyini deyən icra başçısı əhalinin fasiləsiz təbii qaz, elektrik enerjisi və su ilə təmin edilməsi istiqamətində həyata keçirilən işlərdən danışıb. Bununla belə, bəzi kənd və qəsəbələrdə kommunal xidmətlərin tam şəkildə göstərilməsi üçün bəzi çatışmamazlıqların olduğunu, lakin onların da aradan qaldırılması istiqamətində əməli tədbirlərin görüldüyünü önə çəkən İ.Gülməmmədova yeni salınan məhəllələrin lazimi kommunikasiya xəttləri ilə təmini istiqamətdə mühüm addımların atıldığını bildirib.

İcra Hakimiyyətinin başçısı İ.Gülməmmədova qəsəbə sakinləri ilə bundan önçəki görüş zaman sakinlər tərəfindən qaldırılan problemlərin böyük əksəriyyətinin həll olunduğunu vurğulayaraq bildirib ki, səyyar qəbullar bundan sonra da davam etdiriləcək.

Sonra Abşeron RİH başçısının Aşağı Güzdək qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi Akif Şükürovun və qəsəbə bələdiyyəsinin sədri Qəndab Orucovanın hesabat xarakterli məruzəsi dinlənilib.

Daha sonra çıxış edən qəsəbə sakinləri yerlərdə səyyar qəbulların keçirilməsinin əhəmiyyətini vurğulayaraq bu kimi tədbirlərin problemlərin yerində araşdırılması və həll edilməsi baxımından böyük əhəmiyyət daşıdığını bildiriblər. Sakinlər əsasən yeni salınmış küçələrə telefon və su xəttlərinin çəkilməsi və digər məsələlərlə bağlı köməklik göstərilməsini xahiş ediblər. İştirakçılar tərəfindən irəli sürülən müraciət, təklif və şikayətlərin bir qismi yerindəcə həll edilib, vaxt və maliyyə tələb edən məsələlərin həlli istiqamətində isə lazimi tapşırıqlar verilib.

Şərhlər

XƏBƏR LENTİ