İradə Gülməmmədova Digah qəsəbə sakinləri ilə görüşdü - FOTO
Abşeron Rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədovanın rayonun Digah qəsəbəsində sakinlərlə səyyar qəbul-görüşü keçirilib.
Görüşdə rayonun hüquq-mühafizə orqanlarının, səhiyyə, təhsil, mədəniyyət və digər xidmət təşkilatlarının rəhbərləri iştirak edib.
Abşeronda həyata keçirilən quruculuq, abadlıq işlərindən danışan İ.Gülməmmədova rayonda kəndlərarası və qəsəbədaxili yol infrastrukturunun yeniləndiyini, əhalinin fasiləsiz təbii qaz, elektrik enerjisi və içməli su ilə təmin edildiyini qeyd edib. Əhalinin sürətlə artdığını, kənd və qəsəbələrin böyüdüyünü deyən İ.Gülməmmədova kommunikasiya xəttlərinin çəkilməsi və digər bu kimi istiqamətlər üzrə həyata keçirilən işlərin davamlı olacağını, yeni salınan məhəllələrin lazimi infrastrukturla təmin ediləcəyini söyləyib.
Sonra Abşeron RİH başçısının Digah qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi Rövşən Rüstəmov və Digah bələdiyyəsinin sədri Vüqar Ələkbərov hesabat xarakterli çıxış edərək qəsəbə ərazisində görülən işlərdən danışıblar.
Daha sonra Abşeron rayon Ağsaqqallar Şurasının sədri Nadir Ağayev və qəsəbə sakinləri çıxış edərək keçirilən səyyar qəbul və görüşlərin əhəmiyyətindən danışıb, son illərdə ərazidə aparılan quruculuq və abadlıq işlərinə görə təşəkkür ediblər. Çıxışçılar qəsəbənin yeni salınan məhəllələrinə telefon xəttlərinin çəkilməsində köməklik göstərilməsini xahiş ediblər.
Sakinlər tərəfindən qaldırılan məsələlərin mümkünləri yerindəcə həll olunub, müəyyən vaxt və vəsait tələb edən digər məsələlərin həlli istiqamətində müvafiq tapşırıqlar verilib.

İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...
Məşhur aktyor çəkildiyi serialdan qovuldu
“Waiting room”a çevrilən ADY - Milyonluq rəqəmsal infrastruktur niyə tab gətirmədi?
Gəncə Dram Teatrını su basdı, işçi zirzəmidə qaldı - Video
Dövlətin sosial dəstəyi davam edir: məcburi köçkünlərlə bağlı yeni yanaşma - ŞƏRH
Putin İlham Əliyevi təbrik etdi
Prezident: Azərbaycanın qaz ehtiyatları növbəti yüz il ərzində lazımi təlabatı ödəməyə bəs edir
Azərbaycanda Milli Kibertəhlükəsizlik Agentliyi yaradılıb - FƏRMAN
May ayının bütün sosial ödənişləri yekunlaşdırılıb