SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Prezident Yaqub Mahmudova orden verdi

Prezident Yaqub Mahmudova orden verdi

Tarix:

9-02-2019, 18:54

/ 988 dəfə oxundu.
Prezident Yaqub Mahmudova orden verdi

Prezident İlham Əliyev Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutunun direktoru, Milli Məclisin deputatı, akademik Yaqub Mahmudovu 1-ci dərəcəli “Əmək” ordeni ilə təltif edib.

Sərəncama əsasən, Azərbaycan tarixinin tədqiqi sahəsində uzunmüddətli səmərəli fəaliyyətinə görə Yaqub Mikayıl oğlu Mahmudov 1-ci dərəcəli “Əmək” ordeni ilə təltif edilib.

Yaqub Mikayıl oğlu Mahmudov 1939-cu il fevralın 10-da Şəki rayonunun Baş Göynük kəndində anadan olub. 1962-ci ildə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universitetinin) Tarix fakültəsini fərqlənmə diplomu ilə bitirib. 1990-cı ildə professor elmi adı alıb.

Yaqub Mahmudov 1991-ci ildən BDU-nun Tarix fakültəsinin qədim dünya və orta əsrlər tarixi kafedrasının müdiridir.

O, 1991-1992-ci illərdə Azərbaycan Respublikasının ilk Təhsil Qanununu hazırlayan ekspert-işçi qrupuna rəhbərlik edib. Onun təqdimatı ilə Milli Məclisdə qəbul olunan qanun əsasında ölkədə müasir təhsil sisteminə keçilib.

Y.Mahmudov ikicildlik “Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası”nın (Bakı-2004) baş redaktoru və “Naxçıvan Ensiklopediyası” (Bakı-2005) redaksiya heyətinin üzvüdür. Həmin ensiklopediyalarda, həmçinin, “Azərbaycan Sovet Ensiklopediyası”nda çoxsaylı məqalələri dərc olunub. Azərbaycan tarixinin mühüm problemləri üzrə bir çox monoqrafiya və kitabların müəllifidir.

Şərhlər

XƏBƏR LENTİ