“Ramiz Mehdiyevin əsərlərində Azərbaycan tarixi məsələləri” adlı konfrans keçiriləcək
Yaxınlarda Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutunda “Ramiz Mehdiyevin əsərlərində Azərbaycan tarixi məsələləri” mövzusunda elmi konfrans keçiriləcək.
Bu barədə Tarix İnstitutunun ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Konfransın keçirilməsi barədə razılıq Tarix İnstitutunun direktoru, akademik Yaqub Mahmudovun institutun elmi nailiyyətlər sərgisində Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevlə görüşü zamanı əldə olunub.
Y.Mahmudov institutun alimlərinin konfransın keçirilməsi barədə təşəbbüsünü ona çatdırıb, o isə bunu müsbət qarşılayaraq razılıq verib.
Ramiz Mehdiyev Tarix İnstitutunun elmi nailiyyətlər sərgisində nəşrlərlə ayrı-ayrılıqda tanış olub. Yaqub Mahmudov isə institutun fəaliyyəti və nəşrləri barədə ona ətraflı məlumat verib.

İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...
Məşhur aktyor çəkildiyi serialdan qovuldu
"Qulağım eşidə-eşidə dedi ki, Rahidə NƏ GÜNƏ QALIB?"
“Waiting room”a çevrilən ADY - Milyonluq rəqəmsal infrastruktur niyə tab gətirmədi?
Gəncə Dram Teatrını su basdı, işçi zirzəmidə qaldı - Video
Dövlətin sosial dəstəyi davam edir: məcburi köçkünlərlə bağlı yeni yanaşma - ŞƏRH
Putin İlham Əliyevi təbrik etdi
Əmtəə bazarlarında qızıl və gümüş ucuzlaşıb
Bakı-Tbilisi-Bakı sərnişin qatarının fəaliyyəti bərpa olunur