Prezident Yaqub Mahmudova orden verdi
Prezident İlham Əliyev Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutunun direktoru, Milli Məclisin deputatı, akademik Yaqub Mahmudovu 1-ci dərəcəli “Əmək” ordeni ilə təltif edib.
Sərəncama əsasən, Azərbaycan tarixinin tədqiqi sahəsində uzunmüddətli səmərəli fəaliyyətinə görə Yaqub Mikayıl oğlu Mahmudov 1-ci dərəcəli “Əmək” ordeni ilə təltif edilib.
Yaqub Mikayıl oğlu Mahmudov 1939-cu il fevralın 10-da Şəki rayonunun Baş Göynük kəndində anadan olub. 1962-ci ildə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universitetinin) Tarix fakültəsini fərqlənmə diplomu ilə bitirib. 1990-cı ildə professor elmi adı alıb.
Yaqub Mahmudov 1991-ci ildən BDU-nun Tarix fakültəsinin qədim dünya və orta əsrlər tarixi kafedrasının müdiridir.
O, 1991-1992-ci illərdə Azərbaycan Respublikasının ilk Təhsil Qanununu hazırlayan ekspert-işçi qrupuna rəhbərlik edib. Onun təqdimatı ilə Milli Məclisdə qəbul olunan qanun əsasında ölkədə müasir təhsil sisteminə keçilib.
Y.Mahmudov ikicildlik “Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası”nın (Bakı-2004) baş redaktoru və “Naxçıvan Ensiklopediyası” (Bakı-2005) redaksiya heyətinin üzvüdür. Həmin ensiklopediyalarda, həmçinin, “Azərbaycan Sovet Ensiklopediyası”nda çoxsaylı məqalələri dərc olunub. Azərbaycan tarixinin mühüm problemləri üzrə bir çox monoqrafiya və kitabların müəllifidir.
Geri qayıtSərəncama əsasən, Azərbaycan tarixinin tədqiqi sahəsində uzunmüddətli səmərəli fəaliyyətinə görə Yaqub Mikayıl oğlu Mahmudov 1-ci dərəcəli “Əmək” ordeni ilə təltif edilib.