SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » "Rövşən Rzayev Əli Həsənovun atasına rəhmət oxutdurur..." - GİLEY

"Rövşən Rzayev Əli Həsənovun atasına rəhmət oxutdurur..." - GİLEY

Tarix:

8-01-2019, 16:56

/ 1 341 dəfə oxundu.
"Rövşən Rzayev Əli Həsənovun atasına rəhmət oxutdurur..." - GİLEY

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayevdən şikayətlər durmadan artıq və çox güman bütün bu faktlar gərəkən dövlət qurumlarının diqətini cəlb edir və etməkdədir. Belə ki, DİA.AZ-a daxil olan növbəti şikayət məktubunda iddia olunanlarla inansaq, hazırda Rövşən Rzayev heç də özünə müsbət divident qazanmır, əksinə, köhnə rəhbərliyə - sabiq "Qaçqınkom" şefi Əli Həsənovun ölənlərinə rəhmət oxutdurmaqla məşğuldur.

Daxil olan müraciətdən aydın olur ki, Rövşən Rzayev hazırda Əli Həsənovun yolunu davam etdirməkdən, bu məqsədi uğurla icra etməıkdən savayı hər hansı ciddi nəticə əldə edə bilməyib.

Narazı vətəndaşları söylədikləri: "Əli Həsənovun adamları ilə rüşvətlə dəolsa, danışmaq mümkün idi. Rövşən Rzayev isə gəldiyi ilk gündən hər şeyi bir ələ cəmləyi. Əslində "Qaçqınkom" işlər yox, rüşvət vahid əldə cəmləşib. Buna görə də hər bir məcburi köçkün ailəsi Əli Həsənovun atasına rəhmət oxumaqdadır".

Qeyd edək ki, DİA.AZ-a müraciət edən Füzuli rayonundan məcburi köçkün ailəsi Ramil Heydərovun məsələsi ilə bağlı Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə dəfələrlə məlumat versək də, məhz bürokratik əngəllər səbəbindən ortaya bir nəticə hasil olmayıb.

Bunu xatırladan narazı vətəndaş artıq başqa bir ünvana yox, ölkə rəhbərliyinə birbaşa müraciət və şikayət edəcəyini də bildirib.

Əlavə bilgilərimiz olacaq. Bütün maraqlı tərəfləri dinləməyə hazırıq...

Şərhlər

XƏBƏR LENTİ