SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Rövşən Rzayevin “Qaçqınkom”a gəlişi “sabun köpüyü”nə çevrildi- intihar, şikayət…

Rövşən Rzayevin “Qaçqınkom”a gəlişi “sabun köpüyü”nə çevrildi- intihar, şikayət…

Tarix:

22-01-2019, 23:51

/ 1 840 dəfə oxundu.
Rövşən Rzayevin “Qaçqınkom”a gəlişi “sabun köpüyü”nə çevrildi- intihar, şikayət…

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə Rövşən Rzayevin sədr gəlişi bu sahədə köklü dəyişikliklərə səbəb olmadı.

Məlumata görə, R.Rzayev bu posta gəlməklə real islahatlar aparmadı. Komitə sədri vəzifəsinə sanki müvəqqəti bir tramplin kimi yanaşır.

Onun daha yüksək vəzifəyə gedəcəyinə gümanı var. Ona görə “Qaçqınkom” sədri işində fərqlənmək, canfəşanlıq etmək, dəridən-qabıqdan çıxmaq niyyəti olmadığı görünür.

Bu da şikayətlərin, narazıların artmasına gətirib çıxarır. Belələrindən biri - Füzuli köçkünü Ramin Heydərov dia.az-a bildirib ki, gənc ailə başçısıdır, bir xəstə övladı var:

“Amma ailəmizə qarşı Rövşən Rzayev gələndən bir “səlib yürüşü” başlanıb.Bilmirəm bizdən nə istəyirlər.Qeydiyyatda olduğumuz yataqxanadan da çıxarıblar.

Səbəb də göstərmirlər. Dəfələrlə “Qaçqınkom”un işçisi İbrahim müəllimlə əlaqə yaratmaq istəsəm də, telefonlarıma cavab vermir. İndi tək ümidim intihar etməyə qalıb.Ailəmi də xəbərdar etmişəm”.

R.Heydərovun sözlərinə görə, R.Rzayevin qəbuluna düşə bilməsə, özünü “Qaçqınkom” qarşısında yandıracaq: “Çünki çarəsizəm, dövlət tərəfindən heç bir qayğı görməmişəm və Rövşən Rzayev gələndən bəri imtiyazlarımızı bir-bir itiririk”.

Bu yaxınlarda Səfərov Elşən Allahverdi oğlu teref.info-ya Qubadlı rayonundan məcburi köçkün düşdüyünü, yeni mənzillə təmin ediləcəyini gözlədiyini bildirmişdi.

“Sən demə yeni mənzilə köçürülməyimizlə bağlı “Qaçqın və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Komitəsi”nin Binəqədi rayonu üzrə sektor müdiri Tağıyev İlqar Ağamalı oğluna yeni mənzilə köçürülmək üçün 5-10 min manat civarında rüşvət verilməli imiş.

Mən və valideynim ona gücümüz çatan 1000 manatı təklif etdikdə o, bizə bildirdi ki, “həmin məbləğ çox azdır, özünüzü boşuna əziyyətə salmayın”.

İlqar Tağıyevin birmənalı olan şifahi rədd cavabından sonra məcburiyyət qarşısında Baş Prokurorluğun Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə rəsmi olaraq şikayət ünvanlamışıq.

Amma hələ ki, müraciət ünvanladığımız orqan bu barədə araşdırma apararaq müvafiq qərar qəbul etməmişdir”, - deyə şikayətçi ittiham etmişdi.

Narazı vətəndaşları söylədikləri: “Əli Həsənovun adamları ilə rüşvətlə dəolsa, danışmaq mümkün idi. Rövşən Rzayev isə gəldiyi ilk gündən hər şeyi bir ələ cəmləyib. Əslində "Qaçqınkom" işlər yox, rüşvət vahid əldə cəmləşib.Buna görə də hər bir məcburi köçkün ailəsi Əli Həsənovun atasına rəhmət oxumaqdadır”.

Son altı ayın hesabatına nəzər saldıqda aşkar şəkildə görmək olar ki, Rövşən Rzayev əvvəlki "Qaçqınkom" şefi qədərində şikayətlərə nədən olub.

Həmin hadisələrin hər biri yerli KİV-lərdə işıqlanmasa da, ayrı-ayrı dövlət qurumlarına bu barədə davamlı şikayət axınları müşahidə olunub ki, bütün bunlar da Rövşən Rzayevin əleyhinə işləməkdədir.

Hhər halda keçmiş deputat bu şəkildə görəv başında uzun müddət qala bilməyəcək. "Onun sürəsi erkən də dola bilər. Kiminsə alınına yazılmayıb ki, "sən təzəsən, istədiyini edə bilərsən və sənə 5 il toxunulmayacaq". Belə şey yoxdur.

Yəqin ki, vəziyyətin bu gərginlikdə gedəcəyi təqdirdə Rövşən Rzayevlə yollar erkən ayrıla bilər. Halbuki, prezidentin sərəncamı ilə təyin olunan R.Rzayevin bioqrafiyası və fəaliyyəti belə mülahizələrə səbəb olmuşdu ki, komitənin yeni sədri islahatçıdır, diqqətcildir, işləyəndir.

Axı prezident də belə tələb edir: xalqla işləyin, mənə şikayət gəlməsin. Haqlıdır! Yəni, R.Rzayevin Ə.Həsənovun dövründən daha fərqli, daha pozitiv bir iş planı olacağı, 1 milyon qaçqının problemlərinə həssaslıqla yanaşacağı gözləntiləri vardı.

Elə bu üzdən şikayətlərin sayı – hesabı yox, sosial şəbəkələr müraciətlərdən dolub – daşır, Ə.Həsənov zamanında heç vaxt olmadığı kuryoz hadisə, yəni “Qaçqınkom” binasında intihara cəhd və s. ilaxır.

Belə desək, keçmiş sədrin 20 il ərzində edə bilmədiklərini yeni komitə rəhbəri son aylarda artıqlaması ilə həyata keçirdi, hamının matı – qutu qurudu.

Xatırladaq ki, Füzuli rayonundan məcburi köçkün Novruzzadə Natiq Nadir oğlu mənzil problemi ilə bağlı avqustun 13-də Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin binasında intihara cəhd edib.

Cahan.info

Şərhlər

XƏBƏR LENTİ