SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Füzuli mühasirədə: meydanı ləğv olunur, çünki – Reportaj/Foto

Füzuli mühasirədə: meydanı ləğv olunur, çünki – Reportaj/Foto

Tarix:

7-05-2018, 13:39

/ 1 839 dəfə oxundu.
Füzuli mühasirədə: meydanı ləğv olunur, çünki – Reportaj/Foto

Məhəmməd Füzulinin heykəli mühasirədədir. Meydan hərtərəfli hasarlanıb və parka daxil ola bilməzsiniz. Meydanın qarşısındakı dairə də bağlanıb və Qış parkına keçmək olmur.
Tbilisi prospektindən gələn maşınlar Nərimanov prospektinə çıxır, “AzDrama”nın başına dövrə vuraraq Mirzəağa Əliyev küçəsindən aşağı enərək Ş.Bədəlbəyliyə düşürlər.
Bundan sonra “5 mərtəbədə”ki dairə ləğv olunacaq. Füzuli meydanı ilə Qış parkı birləşdiriləcək və böyük xiyaban kimi istifadəyə veriləcək.
Hazırda parkda abadlıq işlərinə başlanmayıb. Sadəcə, hasarlanıb və yaxın vaxtlarda təmir işlərinə start veriləcək.
Aparılan yenidənqurma işləri zamanı avtonəqliyyat vasitələrinin hərəkətinin təşkilində mühüm dəyişikliklər nəzərdə tutulub.
Belə ki, “Füzuli meydanı” ləğv edilərək mövcud parkın və Füzuli küçəsinin Nərimanov prospektinə qədər uzadılaraq yeni prospektin yaradılması nəzərdə tutulub.
Sakinlər Füzuli parkının Qış parkına birləşdirilməsinə pis baxmırlar. Amma Füzuli və Ş.Bədəlbəyli küçələrində evlərin sökülərək yerində bu lazımsız parkın tikilməsini anlamırlar.
Onların sözlərinə görə, haray-həşir qopdu, camaat aksiya keçirdi, kompensasiyalar ədalətsiz paylandı, evlər dağıdıldı, axırda heç kəsin ayaq basmadığı bir park tikildi.
“Qışda külək-soyuq, yayda yandıran istidən o parka getmək olmur. Kimə lazımdır? Bir ağac da yoxdur. Bu məmurlar Avropaya səfər etmirlər?
Görmürlər ki, hər yer yaşıllıqdır, parklar meşəlikdir?! Bizimkilər isə mərmər döşəyib, lampalar quraşdırırlar, bir çayxana da açırlar, guya parkdır.
Bu parka görə şəhərin mərkəzində o qədər evi buldozer qabağına verib, insanları didərgin salmağa dəyməzdi”,-deyə şəhər sakini Adil İslamov deyir.
Sakinlər bildirirlər ki, doğrudur, bu ərazinin genişlənməsi tıxaclara son qoyub: “Amma bu qədər evləri dağıtdılar, insanların qarğış-naləsini qazandılar. Bu yolların yaxşılaşması üçün başqa plan fikirləşmək olardı”.
Qeyd edək ki, yay mövsümü ərzində Füzuli meydanının ləğv edilərək parkın Qış bulvarı ilə birləşdirilməsi işlərinin yekunlaşacağı gözlənilir.

AzEuroNews.com
Füzuli mühasirədə: meydanı ləğv olunur, çünki – Reportaj/Foto
Füzuli mühasirədə: meydanı ləğv olunur, çünki – Reportaj/Foto
Füzuli mühasirədə: meydanı ləğv olunur, çünki – Reportaj/Foto
Füzuli mühasirədə: meydanı ləğv olunur, çünki – Reportaj/Foto

Şərhlər

XƏBƏR LENTİ