SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Sürücülərin nəzərinə

Sürücülərin nəzərinə

Tarix:

29-03-2017, 16:19

/ 7 694 dəfə oxundu.
Sürücülərin nəzərinə

“Azəravtoyol” ASC tərəfindən 12-22 May tarixlərində Bakıda keçiriləcək IV İslam Həmrəyliyi oyunlarında müəyyən edilmiş marşrutu üzrə əsas yol şəbəkəsində “Oyunlar zolağı”nın işarələnməsi işlərinə start verilir.

“Oyunlar zolağı”nın çəkilişinə ilk olaraq Neftçilər prospekti “Azneft meydanı”ndan başlanılır.

Bu məqsədlə axşam saat 22:00-dan səhər saatlarınadək Neftçilər prospektinin “Azneft meydanı”ndan Əl Oyunları İdman Sarayına qədər olan hissədə avtonəqliyyat vasitələrinin hərəkəti rənglənmə işlərinin aparıldığı zolaq üzrə hissə-hissə məhdudlaşdırılacaq.

“Oyunlar zolağı”nın kənarlarına sarı xətt çəkiləcək və asfalt üzərində isə təyin edilən yerlərdə “Bakı 2017” sözləri yazılacaq.

“Oyunlar zolağı”nın Neftçilər prospektinə (“Azneft meydanı”-“Bayraq meydanı”), Bakı-Ələt yolunun 2-14 km-lik hissəsinə, Bakı Dairəvi-1 avtomobil yoluna, Moskva, Ziya Bünyadov və Atatürk prospektilərinə, Vaqif və Hənifə Ələsgərov küçələrinə, həmçinin Tbilisi prospektinə çəkilməsi nəzərdə tutulub.

Şərhlər

XƏBƏR LENTİ