“Statistika dairəsi” ləğv edildi
“Sovetski” ərazisində yol infrastrukturunun yenidənqurulması istiqamətində aparılan işlər çərçivəsində İnşaatçılar prospektində yerləşən dairə (Statistika dairəsi) artıq ləğv edilib.
“Azəravtoyol” ASC-nin saytına istinadən xəbər veririk ki, bu səbəbdən də avtonəqliyyat vasitələrinin hərəkəti dairədən keçərək İnşaatçılar prospektindən Abbasqulu Ağa Bakıxanov küçəsinə doğru tam olaraq dayandırılaraq layihə üzrə nəzərdə tutulan istiqamət üzrə yönəldilib.
Belə ki, avtonəqliyyat vasitələrinin hərəkəti İnşaatçılar prospektindən sağa Nərimanov prospektinə ordan isə yeni yaradılmış geri dönmə hissə ilə Abdulla Şaiq küçəsinə və yenidən İnşaatçılar prospektinə yönəldilib. Abbasqulu Ağa Bakıxanov və İzmir küçələrindən İnşaatçılar prospektinə daxil olan avtonəqliyyat vasitələri isə əvvəlki qaydada hərəkətlərinə davam edə bilərlər.
Qeyd edək ki, hazırda sözügedən ərazidə layihə üzrə nəzərdə tutulmuş tikinti işləri davam etdirilir.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək