SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » SOS: Ölkədə xərçəng yayan nitrit maddəsi “Lider” kolbasalarına qatılır? - İttihamlar

SOS: Ölkədə xərçəng yayan nitrit maddəsi “Lider” kolbasalarına qatılır? - İttihamlar

Tarix:

23-02-2017, 17:23

/ 1 002 dəfə oxundu.
SOS: Ölkədə xərçəng yayan nitrit maddəsi “Lider” kolbasalarına qatılır? - İttihamlar

Bu gün insanları ən çox narahat edən mağazalarda satılan kolbasaların mənşəyi və keyfiyyətidir

Daha bir şirkət - “Lider RM” ASC-nin məhsullarını almaq istəyərkən “stop” deməli olursan. Çünki mətbuatdan tanış olanda bu firmanın məhsulları barədə heç də ürəkaçan sözlər oxumaq olmur.

Yaxşı olar ki, şirkət mətbuatda gedən iddialara aydınlıq gətirsin və biz də rahatlıqla onların məhsullarını ala bilək. Hər halda heç bir vətəndaş “Lider RM” ASC haqda ittihamları oxuduqdan sonra ailəsinə bu şirkətin məhsullarını alıb aparmaz.

Media yazır ki, müəssisənin kolbasa və sosisləri reklam olunduğu kimi heç də standartlara uyğun deyil.

ASC fəaliyyətə başladığı 1996-cı ildən bu tərəfə məhsul assortimentini 120-yə çatdırsa da, bazarın müvafiq seqmentində ad qazansa da, keyfiyyət parametrlərinə diqqət yetirməyib.

Misal üçün, şirkətin rəsmi internet səhifəsində qeyd edilib ki, müəssisədə İSO 9001 keyfiyyətli idarəetməsistemi tətbiq olunub və sertifikatlaşdırılıb. O da əlavə edilib ki, istehsal prosesində xarici ölkələrdə istehsal edilən yüksək texnologiyalı avadanlıqlardan istifadə olunur.

Maraqlıdır ki, özü ilə bağlı hər detalı önəçəkən ASC sözügedən yüksək texnologiyalı avadanlıqların adlarını, hansı şirkətlərə məxsus olduqlarını açıqlamayıb.
Ətin, inqridiyentlərin keyfiyyəti, hansı ölkədən idxal edildikləri məlum deyil. Eləcə də xammalın saxlanma şəraitinə dair bilgi yoxdur.

“Lider RM” ASC -yə məxsus “Halal”kolbasa çeşidlərinə gəlincə, müəssisədə donuz kolbasaları ilə müqayisədə “Halal” kolbasalara daha çox kimyəvi qatqılar vurulur. “Lider RM” ASC-nin “Halal standartı altında istehsal etdiyi çeşidlərin əksəriyyətinə natrium nitrit qatılır.

Mətbuata istinadla xəbər verir ki, natrium nitrit NaNO2 (E250) kolbasanın saxlanma müddətini artırmaq, qızardıcı rəng vermək məqsədi daşıyır. Bu maddə bir çox hallarda onkoloji xəstəliklərə yol açır, zəhərlənməyə, hətta ölümə gətirib çıxarır.

Xüsusilə, azyaşlı üşaqlar üçün tərkibində natrium nitrit olan qidaları qəbul etmək təhlükəlidir. NaNO2 (E250) onlarda sinir xəstəlikləri yaradır.

Mütəxəssislər bildirir ki, "E250" 100 kiloqram məhsula 7 qram qarışdırılmalıdır. Konservant normanı keçdikdə orqanizmdə konsentrasiya çoxalır, zəhərləyici təsir göstərir.

Mətbuatda gedən xəbərlərə görə, şirkətin sahibi Cavanşir Ağagülov istehlakçılara keyfiyyətsiz mal satır. «Lider» kolbasalarının hazırlandığı ətin mənşəyi məlum deyil. Deyilənə görə, müəssisəyə ölmüş heyvanların, həmçinin at, eşşək və digər heyvanların da əti gətirilir».

Biz sadəcə istehlakçı, bir vətəndaş olaraq mətbuatda gedən bu yazılarla tanış olanda heyrətə gəldik, həyəcanlandıq və yaxınlarımıza bu şirkətin məhsullarını rəva bilməməyi düşünürük. Bununla belə, qarşı tərəfin də münasibətini dərc edib, müəssisədə açıq çəkiliş aparıb məsələyə tam aydınlıq gətirilməsini arzulayardıq.

politika.az

Şərhlər

XƏBƏR LENTİ