SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Bakıda 3,5 milyon dolları göyə necə sovurdular? (ARAŞDIRMA)

Bakıda 3,5 milyon dolları göyə necə sovurdular? (ARAŞDIRMA)

Tarix:

18-04-2018, 15:22

/ 1 445 dəfə oxundu.
Bakıda 3,5 milyon dolları göyə necə sovurdular? (ARAŞDIRMA)

Paytaxta bütün patkomatların ləğv edilməsi ilə bağlı yayılan sürücülər üçün növbəti "şad xəbərdən” bir həftə keçir. Dərhal təəssürat yayıldı ki, 12 may 2014-cü ildən quraşdırılmağa başlanılan parkomatlar saqasına son qoyuldu. Düzdü onların ləğvi ilə bağlı rəsmi xəbər hələlik yoxdur amma bir şey dəqiqdir ki, yaxın iki-üç ay ərzində parklanma təsərrüfatı Bakı Nəqliyyat Agentliyinin tabeliyinə verilməlidir. İstisna deyil ki, parkomatlarda.

Bəs parkomatları Nəqliyyatın intelektual idarəetmə mərkləzinin avtobus dayanacaqlarında quraşdırdığı informasiya monitorların aqibəti gözləyə bilərmi? Tozlu olsa da göz yaraşığı və sosial çarxların nümayişi üçün istifadə olunan bu "televizorlar” özünün əsas funksiyasını yerinə yetirmir- ictimai nəqliyyatın hərəkət davamiyyəti barədə məlumat vermir. Parkomatlarda əbədiyyata qovuşacaqsa, o zaman sual yaranır. Onların hər hansı xeyri oldumu və ən əsası onların alınması, quraşdırılması, saz saxlanılması sizin, qonşunuza vergi ödəyicisinə, yəni ölkə büdcəsinə neçəyə başa gəldi?

Mənəvi xeyir Vs maddi səmərəsizlik

Parkomatlar dünyanın bir çox böyük şəhərlərində quraşdırılıb, qanunsuz və nizamsız parklanma, küçələrdə avtomobil sıxlığı aradan qaldırmaq üçün faydalı olması danılmazdır.

"Ən azı rahatlıqdı, gəlib saxlayırıq və gedirirk,” - əksər sürücülər məhz belə bu aparatların faydasını vurğulayır. Bundan əlavə, bu aparatlardan yığılan vəsait şəhərin icra hakimiyyəti və ya bələdiyyənin balansına köçürülür. Bu da öz növbəsində şəhər infrastrukturun inkişafına əlavə vəsait xərcləmək imkanı yaradır: binaların xarici fasadın, yol infrastrukturu, kommunikasiyasıın yaxşılaşdırılmasına və s. Nəzəriyyə belədir. Bəs təcrübə?

"Parkomatları idarə edən qurumun demək olar ki, xeyiri yox idi”

Ekpertlər belə də nikbin deyil. MBA Сonsulting-in baş direktoru Nüsrət İbrahimov deyir, ötən il aparılan yoxlamalar göstərdi ki, Bakı şəhər İcra hakimiyyətinə aid xüsusi təyinatlı nəqliyyat idarəsinin tabeliyində olan bu apparatlar heç bir maddi xeyir gətirməyib.

"Vergilər Nazirlyi yoxlama keçirdi keçən ilin birinci yarısında. Yoxlama apardı və heç bri mənfəət vergisi hesablanmadı. Parkomatları idarə edən qurumun demək olar ki, xeyri yox idi.”

Maraqlıdır ki, hələ 2014-cü ildə QHT-lərin apardığı hesablamalarda o zaman 300 parkomatdan hər ay ərzində 1 800 000 manat vəsait toplanılırdı.

"İşlədə bilməyiblər, ona görə söndürüblər”

Nəqliyyat sahəsi üzrə ekspert Ərşad Hüseynov istisna etmir ki, gələcəkdə parkomatlara da ehtiyac qalmasın. Onun fikrincə həmin parkomatlar çox böyük istismar xərcləri tələb edir.

"Parkomatlar hələlik özünü doğrultmayıb. Ödəniş vasitəsindən başqa heç nə deyil. Məlum olmayan bir çox məsələlər var. Parklanma harada başlayır, harada qurtarır, neçə avtomobillikdir, hansı üsulla dayanmaq olar və s. Parklanma təsərrüfatını idarə edən adamlar onları işlədə bilmədikləri üçündə, aparatları söndürüb.”

Ekspertin dediyinə görə, parkomatları və proqramlarını işlək vəziyyətdə saxlamaq üçün onu quraşdıran xarici şirkətlə müqavilə var və həmin şirkətə samballı məbləğdə pul ödənilir.

QHT-lərin hesablamalarına görə, paytaxt küçələrində 414 Fransanın "Parkeon” şirkətinin istehsalı olar parkomatlar quraşdırılıb. Koroziyaya davamlı, -10 şaxtadan 55 dərəcə istiliyə gədər dözümlü, 3G internet modem ilə təchiz olunan, günəş panelləri vasitəsilə qidalanan, rahat interfeysə malik bu parkomatların ölkəmizdə rəsmi distribyutoru Türkiyənin Petek Group şirkətidir. Şirkətin regional direktoru Saleh Abdullayev deyir yeni parkomatların gətirilməsi barədə hələ heç bir müraciət olunmayıb.

"Biz maliyyə tərəfinə baxmırıq. Parkomatları gətirəndə biz tərcüməçi və texniki parametrlər ürzə dəstək olmuşuq. Parkomatın qiyməti konfidensial məlumatdır. Ehtiyyat hissəsi lazım olanda, bizim texniki personal gedir baxır avadanlığın vəziyyətinə. Problem olanda, biz qeyd edirik ki, filan avadanlığın filan cihazı xarab olub. Parkeon çox keyfiyyətli məhsul olduğuna görə hələki ehtiyyat hissələri sifariş olunmayıb. Amerikada həmin aparat bəlkə 10 ildi dəyişilməz olaraq işləyir.”

"Bu cür parkomatın qiyməti 8000-9000 dollar arasıdır”

Saleh Abdullayev aparatın qiyməti barədə məlumatın konfidensial olduğunu desə də, Parkeon şirkətinin elə həmin ABŞ-dakı distribyutoru olmuş Butts Ticket Co şirkətinin nümayəndəsi Miç Bats müsahibəsində bildirilib ki, bu cür parkomatın qiyməti 8000-9000 dollar arası fərqlənir. Lakin Batsın bəhs etdiyi parkomatlar ABŞ-da istehsal olunur, Azərbaycana isə parkomatlar Fransadan gətirilib. Məntiqə uyğun olaraq parkomatlar dövlət sifarişi əsasında idxal olunubsa, bu zaman onlara heç bir gömrük rüsumu tətbiq edilməməlidir. Əgər bunun əksi baş verəcəksə o zaman aşağıdakı rəqəmlər ortaya çıxacaq. (Əlimizdə olan məlumatlardan çıxardığımız təxmini rəqəmlər)

Parkomatlar ilə əlaqədar bütün yollar İcra hakimiyyətinə aparır

Bütün yollar Romaya apardığı kimi, bütün suallara cavab verəcək yolda Bakı şəhər İcra hakimiyyətinin xüsusi təyyinatlı nəqliyyat idarəsinə aparırdı. İdarədə rəhbərliyin ərazidə olduğu deyən çox oldu, amma ərazinin dəqiq yeri və ən əsası bir neçə suala cavab verməli olması barədə onunla əlaqə saxlayan tapılmadı. Özünü təqdim etməkdən imtina edən şəxs (istisna deyil ki, rəhbərlərdən biri idi) isə birinci dedi rəhbərliyi tapmaq üçün sülb tezdən gəlmək lazımdır, sonra isə ümumiyyətlə idarənin heç bir suala cavab verməyəciyini söylədi.

"Xeyr, vermirəm nömrəni. Xeyr”

Beləliklə, məsələ ilə bağlı ən çox danışmalı olan qurumun söz ehtiyyatında "xeyr” sözündən başqa kəlmə tapılmadı. Cavab verilmədi ki, bu aparatları alanda, onların saz saxlanılmasına nə gədər vəsait xərclənib, yeni aparatlar və ehtiyyat hissələri sifariş olunub mu, bu vaxtadək yığılan vəsaitin həcmi nə olub və nəyə sərf edilir.

"Bakıda avtomobillərin parklanması tam avtomatlaşdırılacaq"

Təhvil verən qurum danışmasa da təhvil alan qurum parklanma təsərrüfatı ilə bağlı hətta proqnozlarını da dilə gətirib. Bakı nəqliyyat agentliyin baş direktoru Vüsal Kərimli yerli KİV-ə verdiyi müsahibədə parklanmanın tam avtomatlaşdırmaq niyyətində olduqlarını bildirib.

"Necə ki, biz avtobuslarda nağdlaşmanı aradan qaldırıb, kart vasitəsilə nağdsız ödəniş istiqamətində gediriksə, parklanma ilə bağlı da bunu etmək istəyirik. Artıq yeraltı və ya digər parklanmaların işlək vəziyyətə gətirilməsi istiqamətində hərəkət edəcəyik ki, küçələrdə qeyri-qanuni parklanmanın və ya ümumiyyətlə parklanmanın yaratdığı problemlər ortadan qalxsın.”

Ölkə əhalisinin üçdə birinin yaşadığı paytaxt Bakıda nizamlanmış parklanma sistemin qurulması şərtdir.

Belə, plastik kart və ya SMS vasitəsi ilə parklanmaya ödəniş etmək tam avtomatlaşdırılmış parklanmaya gedən yolda vacib bir mərhələrdir. Hələlik bu yolda irəlidə gedən ölkə Sinqapurdur. Bu ölkə elektron şəkildə yolun dəyərləndirilməsi sisteminə (Electronic road pricing) aid elektron parklanma sistemini (Electronic Parking System) tətbiq edib. Ona əsasən, sürücü parklanma ərazisinə daxil olanda onun girişi naqilsiz internet vasitəsi ilə (Wi-Fi) qeydə alınır. Sürücü parklanma ərazisimi tərk edəndə isə onun icrabi ödəmə kartından müvafiq ödəniş çıxılır.

Baku.ws

Şərhlər

XƏBƏR LENTİ