SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Sürücülər üçün pis xəbər: Burada maşın saxlasanız, evakuator aparacaq - Siyahı

Sürücülər üçün pis xəbər: Burada maşın saxlasanız, evakuator aparacaq - Siyahı

Tarix:

28-06-2019, 12:13

/ 1 231 dəfə oxundu.
Sürücülər üçün pis xəbər: Burada maşın saxlasanız, evakuator aparacaq - Siyahı

Bakı Nəqliyyat Agentliyi avtomobillərin park olunmasının qadağan edildiyi ərazilərin siyahısını açıqlayıb.
Qurumun bu haqda yaydığı məlumatda bildirilir ki, nəqliyyat vasitələri sahiblərinin dayanma, durma və parklanma qaydalarına riayət etməsinin təmin edilməsi və yol hərəkətinin təşkili sahəsində tədbirlər davam etdirilir.

Görülən müvafiq tədbirlər sayəsində bır sıra, xüsusən də mərkəzi küçə və prospektlərdə nəqliyyat axını əhəmiyyətli dərəcədə yaxşılaşıb, yolların buraxıcılıq qabiliyyəti artıb.

“Vətəndaşların əvvəlcədən məlumatlandırılmasının əhəmiyyətini nəzərə alaraq bildiririk ki, yaxın günlərdə Agentlik tərəfindən dayanma, durma və parklanma qaydalarını pozan nəqliyyat vasitələrinin nəzərdə tutulmuş hallarda və qaydada müvəqqəti duracağa daşınması– təxliyyə xidmətinə başlanılacaq.

İlkin olaraq təxliyyə işləri vətəndaşlar tərəfindən daha çox şikayət olunan, qanunsuz parklanma səbəbindən günün pik və qeyri-pik saatlarında nəqliyyat sıxlığı müşahidə edilən ərazilərində həyata keçiriləcəkdir. Təxliyyə prosesi əsasən, yolun hərəkət zolağında, ikinci cərgədə, yol kəsişmələrində, eyni səviyyəli piyada keçidlərində, avtobus dayanacaqlarında, səkilərdə park edərək digər yol hərəkəti iştirakçılarına ciddi maneə yaradan nəqliyyat vasitələrinə qarşı tətbiq ediləcək.

Şəffaflığın təmin edilməsi məqsədi ilə təxliyyə prosesinin video qeydiyyatı təmin olunacaq. Təxliyyə olunan nəqliyyat vasitələri Bakı Nəqliyyat Agentliyinin inzibati binasının yerləşdiyi avtobus deposunun ərazisindəki, Hökumət Evi qarşısındakı və Fizuli və Mirzağa Əliyev küçələrinin arasındakı yeraltı avtomobil duracaqlarına daşınacaq. Hər üç duracaqda nəqliyyat vasitələri sahiblərinin qanunvericiliklə nəzərdə tutulan ödənişləri etməsi üçün müvafiq terminallar quraşdırılıb. Ödənişlər yalnız nağdsız qaydada aparılacaq”.
Sürücülər üçün pis xəbər: Burada maşın saxlasanız, evakuator aparacaq - Siyahı
Sürücülər üçün pis xəbər: Burada maşın saxlasanız, evakuator aparacaq - Siyahı
Sürücülər üçün pis xəbər: Burada maşın saxlasanız, evakuator aparacaq - Siyahı

Şərhlər

XƏBƏR LENTİ