Azərbaycanda tibbi sığorta ilə bağlı məsuliyyətin şərtləri ağırlaşdırılır
İcbari tibbi sığorta təşkilatının təsnifatı və tibbi sığorta sistemi ilə bağlı məsuliyyət şərtləri ağırlaşdırılır
Bununla bağlı Azərbaycan Prezidenti tərəfindən Milli Məclisə “Tibbi sığorta haqqında” qanuna dəyişiklik təqdim olunub.
Layihədə qanunun 12-ci maddəsinə təklif edilən dəyişikliyə görə, icbari tibbi sığorta təşkilatının dövlət orqanı yox, qurum adlandırılması təklif edilir.
Qanunun 16-cı (Tibbi sığorta sistemində tərəflərin məsuliyyəti) maddəsi isə dəyişdirilərək belə verilir: "Mülkiyyət formasından asılı olmayaraq, müəssisə, idarə və təşkilatlar tərəfindən icbari tibbi sığorta müqaviləsinin bağlanılmasından imtina edilməsi, sığorta haqlarının hesablanması üçün məbləğlərin gizlədilməsi və ya aşağı salınması, ödənilməsi müddətlərinin pozulması Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş hallarda inzibati məsuliyyət yaradır.
Bəndin hazırda qüvvədə olan variantı belədir: “Mülkiyyət formasından asılı olmayaraq müəssisə, idarə və təşkilatların icbari tibbi sığorta müqaviləsinin bağlanmasından imtina edilməsinə, sığorta haqlarının hesablanması üçün məbləğlərin gizlədilməsinə və ya aşağı salınmasına, ödənilmə müddətlərinin pozulmasına görə qanunvericilikdə müəyyən olunmuş qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən maliyyə sanksiyaları tətbiq edilir. Cərimənin ödənilməsi hüquq pozuntusunun aradan qaldırılması vəzifəsindən azad etmir”.
Layihə Milli Məclisin aprelin 3-də keçiriləcək plenar iclasında müzakirəyə çıxarılacaq.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...