Üç yaşlı Arzunun ölümündə təqsirləndirilən həkimə bəraət verilib
Sumqayıt Şəhər Məhkəməsində “Real” Tibb Mərkəzinin həkim-anestezioloqu İsmayıl Qəmbərovun Сinayət Məcəlləsinin 124-cü (ehtiyatsızlıqdan adam öldürmə) və 320.1-ci (rəsmi sənədləri saxtalaşdırma, qanunsuz hazırlama, satma və ya saxta sənədlərdən istifadə etmə) maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Sumqayıt şəhər sakini, 2014-cü il təvəllüdlü Arzu Qurbanlı 2016-cı il iyunun 16-da günorta saatlarında şəhərin “Real” Tibb Mərkəzində boğazında damaq badamcıqlarının iltihabından əməliyyat olunub.
Əməliyyatdan 4-5 saat sonra uşaq narkozdan ayılıb, lakin gecə saatlarında onun vəziyyəti pisləşib və o, dünyasını dəyişib.
A.Qurbanlının ölümünə dair keçirilən məhkəmə-tibbi ekspertizasının rəyində göstərilib ki, uşaq mexaniki asfiksiya, yəni boğulma nəticəsində keçinib.
Faktla bağlı Sumqayıt şəhər Prokurorluğunda cinayət işi başlanılıb və “Real” Tibb Mərkəzinin həkim-anestezioloqu İsmayıl Qəmbərov təqsirləndirilən şəxs qismində məsuliyyətə cəlb olunub. İstintaqın gedişatında onun barəsində həbs qətimkan tədbiri seçilməyib.
Məhkəmənin hökmü ilə İ.Qəmbərova bəraət verilib.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...