Sumqayıt sakini atasını öldürdü - Prokurorluq məlumat yaydı
İyulun 19-da saat 22 radələrində Sumqayıt şəhəri ərazisində 1943-cü il təvəllüdlü Azad Rzayevin yaşadığı evdə öldürülməsi barədə məlumat daxil olmuşdur.
Sumqayıt şəhər prokurorluğundan verilən məlumatda deyilir ki, dərhal prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilmiş, digər prosessual hərəkətlər yerinə yetirilmişdir.
Faktla bağlı Sumqayıt şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanmış, müvafiq ekspertizalar təyin edilmişdir.
İstintaqla psixi xəstəlikdən əziyyət çəkən 1984-cü il təvəllüdlü Aydın Rzayevin şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı atası Azad Rzayevə çoxsaylı bıçaq zərbələri vurub onu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilmişdir.
Aydın Rzayev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilmişdir.
Hazırda iş üzrə zəruri istintaq tədbirləri həyata keçirilir.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...
Yol Polisi əlverişsiz hava ilə bağlı sürüclərə xəbərdarlıq edib
Məşhur aktyor çəkildiyi serialdan qovuldu
"Qulağım eşidə-eşidə dedi ki, Rahidə NƏ GÜNƏ QALIB?"
“Waiting room”a çevrilən ADY - Milyonluq rəqəmsal infrastruktur niyə tab gətirmədi?