SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Sumqayıt yarmarkası, yoxsa xəstəlik mənbəyi?

Sumqayıt yarmarkası, yoxsa xəstəlik mənbəyi?

Tarix:

30-01-2018, 11:20

/ 2 117 dəfə oxundu.
Sumqayıt yarmarkası, yoxsa xəstəlik mənbəyi?

İşbazlar tərəfindən insan sağlamlığına xələl yetirən və mənşəyi bilinməyən, geni dəyişdirilmiş bir çox zərərli məhsullar satdırılır

Sumqayıt şəhər icra hakimiyyətinin başçısı Zakir Fərəcov hərdənbir başının dəstəsi ilə bu şəhərdə fəaliyyət göstərən yarmarkaya atüstü baş çəkir. Qaradinməz "Dəstə" yarmarkanın bu başından o biri başına kimi alverçilərlə kəlmə də kəsmir. Qaydaya görə, əvvəlcədən hamıya ciddi tapşırılır ki, başçıya heç kim sual verməsin...
Sumqayıtda kənd təsərrüfatı yarmarkası fəaliyyət göstərsə də,burada alver edənlərin hamısı bazar alverçiləridir. Zəhmət adamlarının, bazar və yarmarkalara möhtəkirlərin əlindən faktiki girişi mümkün deyil.
Kənd təsərrüfatı naziri Heydər Əsədov televiziya efirlərindən bəyan edir ki, bütün yarmarkalarda alver edən vətəndaşlar yer pulundan azaddırlar. Əslində bu heç də belə deyil.Yarmarkada alver edənlərdən zibil pulu adıyla hər kəsdən yerhaqqı yığılır. Məsələn, meyvə-tərəvəz yüklü QAZEL avtomobilin bazarda ikigünlük dayanması 30 manatdır. Piştaxta olmadığından meyvə-tərəvəzin çoxu asfalt yolda satılır.
Onu da qeyd edək ki, yarmarka fəaliyyət göstərən ərazidən həftənin beş günü yol kimi istifadə olunur. Hər cür bakteroloji çirklənmənin üzərindən keçən maşın təkərləri, yarmarka ərazisini bakteriya mənbəyinə çevirir.
Bu yarmarkada insan sağlamlığı üçün zərərli, İrandan gətirilmiş texniki növ kartof satılır. Əsasən, mal-qara yemi olan bu kartofun çəkisi 200, 500, 700 qram gəlir. Bazar və yarmarkada Tovuz, Şəmkir məhsulu adı altında satılır.
Bazara nəzarət olmadığından işbazlar tərəfindən insan sağlamlığı üçün mənşəyi bilinməyən, geni dəyişdirilmiş bir çox zərərli məhsullar satdırılır.
Xalq arasında marifçilik təbliğatı aparılmadığından, ehtiyac girdabında boğulan sumqayıtlılar ucuzluğuna görə, həmin məhsulları alıb evlərinə daşıyırlar. Bu yarmarkada "Ət" bolluğu da yaşanır.Yaşlı, xəstə iribuynuzlu heyvanların və qoyun ətinin qiyməti 6 manatdan 9 manata qədərdir. Həmin ətlər yoxlanılmır və baytar həkimlərin pulalma müqabilində göz yumularaq satılır.
Bu səbəbdən də, əhali arasında adı tibbə məlum olmayan xəstəliklər durmadan artmaqda davam edir. Həkimlər tərəfindən təyin olunan müalicələrin də heç bir effekti olmur.

Şərhlər

XƏBƏR LENTİ