Kənd təsərrüfatı yarmarkasında 30 manat yerpulu yığılır – SUMQAYITDA
Sumqayıt şəhərində təşkil olunan kənd təsərrüfatı yarmarkasında 30 manat yerpulu yığırlar. Yerpulu verə bilməyənlər bazardan çıxarılır.
Bu barədə Sumqayıt şəhər sakini Şakir Məmmədov yazaraq məlumat verib:
“Bu şəkili Sumqayıtda təşkil olunmuş kənd təsərrüfatı yarmarkasında şəkmişəm.Bu yemiş satan soydaşımız, Hacıqabulun Udul kənd sakini Nemət Rzayevdir. Yemişin kiloqramını 40 qəpiyə satır. Soruşdum ki, kilosunu 30 qəpiyə satarsanmı? Nemət bəy bildirdi ki, 30 manat yerpulu verməsəm 20 qəpiyə də sataram…”Pulyığana nə qədər yalvarsam da xeyri olmadı.Məni yarmarkada çıxarırdı.” Kənd Təsərrüfatı Naziri telekanalizasiyalardan hər dəfə bildirir ki, respublikanın bütün rayonlarında təşkil olunmuş yarmarkalarda alver edənlər yerpuludan ( rüsumdan) azaddır… Ölkənin “padşah”ı olduğu kimi, rayon və şəhərlərin də kiçik adşahları var. Bu kiçik padşahlar, ərazilərindəki bütün obyektlərə “haqq”tətbiq ediblər. Sahibkarın qazanc və gəlirinə şərik olanda, o da məcbur olub itkisini bərpa etmək üçün, məhsulunu baha satır. Nəticədə zərərçəkən sadə imkansız vətəndaş olur…Sumqayıt yarmarkasında yığılan yerpulundan yüzdə – yüz İcra Hakimiyyətinin başçısı Zakir Fərəcova da “pay” çatır. Adam son dərəcə kasıb və “imkansızdır…”

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...