XalqXəbər.Az

www.XALQXEBER.az » Sosial » Fazil Məmmədovun həbs etdirdiyi şair məhkəməyə müraciət etdi

Fazil Məmmədovun həbs etdirdiyi şair məhkəməyə müraciət etdi

Fazil Məmmədovun həbs etdirdiyi şair məhkəməyə müraciət etdi
19-01-2018, 18:06

Həbsdə olan yazıçı-şair Saday Şəkərli vaxtından əvvəl azadlığa çıxmaq üçün məhkəməyə müraciət edib.

Şair müraciətini Nizami rayon Məhkəməsinə təqdim edib.

Vəkili Fəxrəddin Mehdiyev qeyd edib ki, Saday Şəkərli 2015-ci il dekabrın 23-də həbs olunub, ona verilən 5 il həbs cəzasının iki ilini çəkib: “Onun indiki halda azadlığa buraxılması mümkündür”.

Şairin ərizəsi məhkəməyə təqdim olunsa da, işə hansı hakimin baxacağı və məhkəmənin vaxtı hələlik məlum deyil.

İttihama görə, Saday Şəkərli 2015-ci il dekabrın 23-də Cinayət Məcəlləsinin 182-ci (hədə-qorxu ilə tələb etmə) maddəsi ilə təqsirləndirilərək həbs olunub. O, keçmiş vergilər nazirinin müşaviri Asif Cahangirovu hədələyib, ondan 10 min manat pul almaqda suçlanıb.

Bakı Ağır Cinayətlər Məhkəməsində 2016-cı il mayın 16-da çıxarılan hökm ilə 10 il azadlıqdan məhrum edilib. Bakı Apelyasiya Məhkəməsi isə həmin hökmü dəyişdirərək onun cəzasını 5 ilə endirib. Müdafiə tərəfi isə qərarla razılaşmayaraq kassasiya şikayəti verib. Ancaq kassasiya şikayəti təmin olunmayıb.

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.