XalqXəbər.Az

www.XALQXEBER.az » Cəmiyyət » Məmməd İbrahim həbsdə qaldı

Məmməd İbrahim həbsdə qaldı

Məmməd İbrahim həbsdə qaldı
26-12-2017, 15:34

Bu gün Suraxanı Rayon Məhkəməsində Azərbaycan Xalq Cəbhəsi Partiyası sədrinin müşaviri Məmməd İbrahimin vaxtından əvvəl azadlığa buraxılması üçün müraciətə baxılıb.

Hakim Elçin Ağayevin icraatında olan prosesdə müdafiə tərəfi bildirib ki, M.İbrahim cəzasının yarıdan çoxunu çəkdiyi üçün azadlığa buraxılsın.

Hakim müraciəti təmin etməyib və belə əsaslandırıb ki, M.İbrahim həbsdə olduğu müddət ərzində islah olunmayıb, nizam-intizam qaydalarına əməl etməyib. Belə ki, M.İbrahim həbsdə qalıb.

Qeyd edək ki, M.İbrahim 2014-cü ildə AXCP-dən ayrılmış Mikayıl Quliyevin şikayət ərizəsi əsasında başlanan cinayət işi üzrə 2015-ci il sentyabrın 30-da həbs olunub. O, xuliqanlıqda ittiham edilərək Nərimanov Rayon Məhkəməsinin hökmü ilə 3 il müddətinə azadlıqdan məhrum edilib.

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.