SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Narkoloji Mərkəzdə müalicə alan xəstə həkimlər tərəfindən döyüldü - İDDİA

Narkoloji Mərkəzdə müalicə alan xəstə həkimlər tərəfindən döyüldü - İDDİA

Tarix:

15-01-2018, 16:20

/ 2 930 dəfə oxundu.
Narkoloji Mərkəzdə müalicə alan xəstə həkimlər tərəfindən döyüldü - İDDİA

Hadisə Xətai rayonu, Zığ şossesi 13-də yerləşən xəstəxanada baş verib.
Gülzar Məmmədova adlı qadın Xətai RPİ-nin 35-ci polis bölməsinə rəsmi ərizə ilə müraciət edərək bildirib ki, oğlu, 1979-cu il təvəllüdlü Məmmədov Elçin Aydın oğlu yanvar ayının 4-dən 13-nə kimi Respublika Narkoloji Mərkəzdə narkotik asılılığına görə müalicə alıb. Həmin dövrdə, yəni yanvar ayının 12-də xəstəxananın əməkdaşları tərəfindən döyülüb.
Baş vermiş hadisəni Xətai Rayon Polis İdarəsi "Ölkə.Az"-a təstiqləyib. İdarədən verilən məlumata görə, hazırda faktla bağlı təhqiqat bölməsində araşdırma aparılır.
Respublika Narkoloji Mərkəzinin direktor müavini Aytən Səmədova isə ümumiyyətlə döyülmə faktını təkzib edbi. Onun sözlərinə görə, Elçin Aydın oğlu Məmmədov və qardaşı narkotik maddə istifadəçisidilər və daim xəstəxanada müalicə alırlar. Sonuncu dəfə də qardaşlar yanvar ayında 10 günlük müalicə alıblar və evə buraxılıblar, heç bir şikayətləri də olmayıb.
Baş vermiş faktla bağlı E.Məmmədov artıq Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Xətai rayon şöbəsində ekspertizadanda keçib. Başlanılan təhqiqat araşdırmalarının sonunda fakta hüquqi qiymət veriləcək.

Şərhlər

XƏBƏR LENTİ