Narkoloji Mərkəzdəki yanğında ölənlərin ailələrinə 10 min verildi
Bakıda Narkoloji Mərkəzdə baş vermiş yanğın zamanı həlak olan şəxslərin ailələrinə ödənilən maddi yardımın məbləği açıqlanıb
Baş nazirin müavini, yanğınla əlaqədar yaradılan Dövlət Komissiyasının sədri Abid Şərifov açıqlamasında bildirib ki, həlak olan hər bir şəxsin ailəsinə 10 min manat məbləğində yardım edilib.
Baş nazirin müavini vurğulayıb ki, xəsarət alanlara isə orta hesabla 500 manat maddi yardım göstərilib. A.Şərifov qeyd edib ki, aldığı xəsarətin dərəcəsindən asılı olaraq bəzilərinə isə 1000 manat vəsait verilib.
Qeyd edək ki,martın 2-də Respublika Narkoloji Mərkəzində baş verən yanğın zamanı 25 nəfər həlak olub. Aparılan araşdırma zamanı yanğının qəsdən törədildiyi məlum olub. Hadisədə təqsirli bilinən Narkoloji Mərkəzdə "alkoqol qəbulu nəticəsində psixi və davranış pozuntuları" diaqnozu ilə müalicə alan Bakı şəhər sakini Məhəmməd Məmmədov saxlanılıb.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...