Rəhim Qazıyev küçədə söyüş söyməkdə ittiham edilib
Dünən 10 sutka inzibati həbslə cəzalandırılan keçmiş müdafiə naziri Rəhim Qazıyevin nədə ittiham edildiyi bəlli olub
Onun vəkili Zibeydə Sadıqova açıqlamasında bildirib ki, R.Qazıyevlə bu gün görüşüb:
“O, dekabrın 25-i saat 16 radələrində Nərimanov metrostansiyasının çıxışındakı parkda olarkən saxlanılıb. Rəhim Qazıyev oradan 17-ci Polis Bölməsinə gətirilib. Səhərə qədər onunla normal söhbət ediblər, tarixi hadisələrdən danışıblar. Heç biri fiziki təzyiq olmayıb, narahatlıq yaradacaq bir hərəkət baş verməyib. Dekabrın 26-sı saat 10 radələrində Nərimanov rayon Məhkəməsinə gətirilərək İnzibati Xətalar Məcəlləsinin 510-cu (xırda xuliqanlıq) maddəsi ilə ittiham elan edilib. R.Qazıyev küçədə telefonla danışaraq ucadan söyüş söyməkdə təqsirləndirilib. Məhkəmənin qərarı ilə ona 10 sutka inzibati həbs cəzası verilib”.
Z.Sadıqova bildirib ki, bu gün qərardan apellyasiya şikayəti verəcəklər.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...