“Yeni il bayramında əfv olmayacaq” - Ümidlər gələn ilədir...
“Yeni il bayramında əfv olmayacaq”.
Bunu AzNews.az-a açıqlamasında Əfv komissiyasının üzvü Əliməmməd Nuriyev deyib. O, bunun səbəbini Novruz bayramında imzalanan Əfv sərəncamı ilə əlaqələndirib:
“Həmin vaxt 423 nəfər azadlığa çıxdı, bir qismi isə cəzasının çəkilməmiş hissəsindən azad edilmişdi. Qısa müddətdən sonra yenidən belə bir sərəncamın imzalanması məqsədəuyğun sayılmır. Amma Əfv komissiyasının katibliyi daim işləyir. Müraciətlər daxil olmaqdadır. Daxil olan bütün ərizələr araşdırılır”.
Əliməmməd Nuriyev qeyd edib ki, bu il cinayət qanunvericiliyində müəyyən dəyişikliklər baş verib: “Hazırda onun tətbiqinə başlanılıb. Bu dəyişikliklər minlərlə məhbusa şamil edilə bilər. Çox güman ki, bunlar da üzümüzə gələn 2018-ci ildə reallaşacaq”.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...