Qurban bayramında əfv olacaq? - Komissiyadan rəsmi AÇIQLAMA
Ötən gün bir sıra KİV-lərdə ölkə başçısı tərəfindən Qurban bayramı ərəfəsində yeni əfv sərəncamının imzalanmasının gözlənildiyinə dair xəbərlər yayılıb.
Məsələ ilə bağlı açıqlama verən Azərbaycan prezidenti yanında Əfv məsələləri üzrə Dövlət Komissiyasının üzvü Əliməmməd Nuriyev bildirib ki, Qurban bayramı ərəfəsində əfv sərəncamının imzalanacağı gözlənilmir.
O, xatırladıb ki, bu ilin martın 16-da prezident İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında sərəncam imzalayıb: “Bu əfv sərəncamının imzalanmasının üzərindən qısa bir vaxt keçib. Ona görə də yeni əfv sərəncamının olacağını güman etmirəm. Ancaq, bu, Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin səlahiyyətlərinə aid olan məsələdir”.
Ə.Nuriyev onu da bildirib ki, bu günlərdə əfv komissiyasının iclası keçirilməyib: “Bu baxımdan əfv sərəncamının olacağını güman etmirəm. Bununla belə qeyd etdiyim kimi, əfv sərəncamının verilməsi cənab prezidentin konstitusion səlahiyyətlərinə aid olan məsələdir. Güman etmirəm ki, əfv sərəncamı verilsin”.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...