NOVRUZDA ƏFV OLACAQ - MÜJDƏ
Bu il Novruz bayramı ərəfəsində əfv sərəncamının imzalanacağı gözlənilir. Bunu Modern.az-a açıqlamasında Prezident yanında Əfv məsələləri komissiyasının üzvü Əliməmməd Nuriyev bildirib.
Ə.Nuriyev qeyd edib ki, ötən ilin may ayında Cümhuriyyətin 100 illiyilə bağlı Prezident tərəfindən imzalanan böyük əfv sərəncamı ilə 634 cəzadan azad edilib:
“O cümlədən onların arasında 609 nəfər azadlıqdan məhrumetmə cəzasının qalan hissədindən azad edilib. Həmin əfv sərəncamı miqyas etibarilə kiçik amnistiya da adlandırılır. Baxmayaraq ki, əfv və amnistiya tamamilə fərqli institutlardır”.
Hüquqşünas bildirib ki, əfv sərəncamları 2018-ci ilədək adətən Novruz bayramı ərəfəsində verilib:
“Bu səbəbdən də növbəti Novruz bayramı ərəfəsində əfv sərəncamının imzalanması gözlənilir. Əfv Komissiyasının katibliyi və əfv sektoru daimi işləyir, müətmadi olaraq müraciətləri qəbul edir. Həmçinin, müraciətlərlə bağlı qanunvericilikdə nəzərdə tutulmuş addımlar atılır. Bütün prosedurlar tamamlandıqdan sonra müvafiq arayışlar Əfv Komissiyasının sədri Ramiz Mehdiyevə təqdim olunacaq. Komissiyanın iclaslarının çağırılması cənab sədrə məxsusdur. Amma əfv sərəncamının verilməsi təbii olaraq, Prezidentin konstitusion səlahiyyətlərinə daxildir”.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...
Yol Polisi əlverişsiz hava ilə bağlı sürüclərə xəbərdarlıq edib
Məşhur aktyor çəkildiyi serialdan qovuldu
"Qulağım eşidə-eşidə dedi ki, Rahidə NƏ GÜNƏ QALIB?"
“Waiting room”a çevrilən ADY - Milyonluq rəqəmsal infrastruktur niyə tab gətirmədi?