SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Novruzda əfv fərmanı imzalanacaq.... - Gözlənti

Novruzda əfv fərmanı imzalanacaq.... - Gözlənti

Tarix:

30-01-2019, 09:43

/ 916 dəfə oxundu.
Novruzda əfv fərmanı imzalanacaq.... - Gözlənti

“Əfv Komissiyası mütəmadi işləyir, ərizələrə baxılır. Həmişə Yeni il ərəfəsində əfv fərmanı verilirdi, bu il olmadı. Ona görə gözləyirik ki, Novruz bayramında əfv veriləcək”.

Bu sözləri “Yeni Müsavat”a hüquq müdafiəçisi Səadət Bənəniyarlı Novruz bayramında gözlənilən əfv fərmanı ilə bağlı danışarkən bildirdi.

Onun sözlərinə görə, əfv fərmanında əsas gözlənti siyasi məhbusların azadlığa buraxılmasıdır: “Mən dəqiq bir söz deyə bilmərəm ki, əfv fərmanı veriləcək, ya yox. Amma gözləntilərimiz var. Bu fərmanın verilməsində əsas marağımız odur ki, siyasi məhbuslar azadlığa çıxsınlar.

Avropa Parlamentinin qətnaməsi göstərdi ki, bu problem birdəfəlik çözülməlidir. Həm əfv fərmanı, həm məhkəmə prosesləri ilə onların azadlığa çıxmasını təmin etmək olar".

S.Bənəniyarlı bildirdi ki, siyasi məhbus problemi Azərbaycanın başı üzərində “Domokl qılıncı” kimi asılıb: “Bütün ölkələrdə bu problem var. Rusiya, Gürcüstan, Ermənistanda siyasi məhbuslar var. Amma nəsə hər dəfə Avropada bizim əleyhimizə qətnamə çıxarılır. Görünür ki, bu məsələdə maraqlı olan qüvvələr var. Biz hüquq müdafiəçilərinin əsas məqsədi odur ki, problem kökündən həllini tapsın”.

“Əfv Komissiyasının katibliyi və əfv sektoru daim işləyir, mütəmadi olaraq müraciətləri qəbul edir. Bu il böyük ehtimalla Novruz bayramı ərəfəsində əfv sərəncamının imzalanacağı gözlənilir”.

Bunu isə modern.az-a Prezident yanında Əfv məsələləri komissiyasının üzvü Əliməmməd Nuriyev bildirib. Komissiya üzvü qeyd edib ki, daxil olan müraciətlərlə bağlı aidiyyəti üzrə arayışlar hazırlanır: “Müraciətlərlə bağlı qanunvericilikdə nəzərdə tutulmuş addımlar atılır. Bütün prosedurlar tamamlandıqdan sonra müvafiq arayışlar Əfv Komissiyasının sədri Ramiz Mehdiyevə təqdim olunacaq. Yenə də qanunvericiliyn tələblərinə görə sədrin təşəbbüsü ilə iclaslar çağırılacaq. Hələ ki iclasların vaxtı bəlli deyil. Ümumilikdə əfv sərəncamının verilməsi təbii olaraq, prezidentin konstitusion səlahiyyətlərinə daxildir. Ona görə də əfv sərəncamının verilib-verilməməsi ilə bağlı son sözü də ölkə rəhbərliyi deyəcək”.

Qeyd edək ki, 2018-ci ilin mayında Cümhuriyyətin 100 illiyi ilə bağlı prezident tərəfindən imzalanan böyük əfv sərəncamı ilə 634 məhbus cəzadan azad edilib. Onlardan 609 nəfəri azadlıqdan məhrumetmə cəzasının qalan hissəsindən azad olunub.
“Yeni Müsavat”

Şərhlər

XƏBƏR LENTİ