Bağçalarla bağlı İRAD: Ailələrin ödəmək imkanı olmur
Təhsil Problemləri İnstitutu tərəfindən Azərbaycanda 3-4 yaşlı uşaqların məktəbəqədər təhsilə cəlb oluna bilməməsi səbəbləri araşdırılıb.
“3 və 4 yaşlı uşaqların məktəbəqədər təhsilə cəlb olunması” layihəsi çərçivəsində aparılan araşdırmalara əsasən məlum olub ki, əsas səbəblər uşağın yaşadığı ərazidə məktəbəqədər təhsil müəssisələrinin olmaması və ya az olması, xəstəlik və ya əlillik, özəl məktəbəqədər təhsil müəssisələrində ödənişin çox olması və sairdir. Azərbaycanda, xüsusilə Bakı şəhərində məktəbəqədər təhsil müəssisələrində mövcud yerlər azdır.
Layihənin yekun nəticələrində qeyd olunur ki, hər il yeni özəl bağçaların fəaliyyətə başlamasına baxmayaraq, özəl bağçalarda ödəniş orta gəlirli azərbaycanlı üçün yüksək hesab oluna bilər. Belə ki, özəl bağçalarda aylıq ödəniş orta hesabla 300-400 manat, daha keyfiyyətli özəl bağlarda isə 600-700 manat təşkil edir. Aydındır ki, bir çox ailələrin bunu ödəmək imkanı olmur.
Nəticələrdə bildirilir ki, 2020-ci ildə ölkədə uşaqların məktəbə hazırlığa cəlb edilməsinin 90 faizə çatdırılması nəzərdə tutulur.
2019-2020-ci dərs ilində 147492 uşaq məktəbəhazırlığa cəlb ediləcək. Bu, bütün məktəbəhazırlıq yaşında olan uşaqların 90 faizini əhatə edəcək. Onların 31253 nəfəri Bakının, 5063 nəfəri Sumqayıtın, 3929 nəfəri Gəncənin, 1496 nəfəri Mingəçevirin, 2401 nəfəri Abşeronun payına düşəcək.
Azərbaycanda 2016-ci ildə məktəbəhazırlıq yaşında (5-6 yaş) olan uşaqların yalnız 24 faizi məktəbəqədər təhsilə cəlb olunub. Bu göstərici Bakı və şəhərlərdə nisbətən yüksək, rayon və kənd yerlərindəı isə daha aşağı səviyyədə olub.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...