SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Sumqayıt şəhər 22 saylı orta məktəbin direktoru Tahirə Cəfərovaya cinayət işi qaldırıldı

Sumqayıt şəhər 22 saylı orta məktəbin direktoru Tahirə Cəfərovaya cinayət işi qaldırıldı

Tarix:

14-02-2017, 15:22

/ 2 028 dəfə oxundu.
Sumqayıt şəhər 22 saylı orta məktəbin direktoru Tahirə Cəfərovaya cinayət işi qaldırıldı

Sumqaylt şəhər 22 saylı orta məktəbdə baş verən qanunsuzluqlara, özbaşınalıqlara niyə qöz yumulur?
Məlumdur ki, respublikamızda təkcə orta məktəblərdə deyil, digər idarə və müəssisələrdə ciddi qanun pozuntularına, korrupsiya, rüşvətxorluq hallarına tez-tez rast gəlinir. Bu haqda demək olar ki, hər gün televiziya və digər mətbuat orqanlarında xəbərlərə rast gəlirik. O xəbərlərə də rast gəlirik ki, yuxarıda sadaladığımız hallara gətirib çıxaran səbəblər dərhal aradan qaldırılır, cinayət törətmiş şəxləs ya həbs olunur, ya da ən yaxşı halda işdən çıxarılır. Belə xəbərlərlə tez-tez gündəmə gələn məktəblərdən biri də yuxarda adı qeyd olunan Sumqayıt şəhər 22 saylı orta məktəbidir.
Bu məktəbin də adı tez-tez qalmaqallarda, müəllimlər və direktor arası intriqalarda, valideyn narazılıqlarında hallanır. Bu yaxınlarda baş vermiş və mətbuatda geniş işıqlandırılmış iki hadisə məktəb haqqında kifayət qədər təsəvvür yaratmağa, fikir sahibi olmağa imkan verir.
Bir müddər öncə tarix müəlliminin şagirdi amansızcasına döyməsi, onu təhqir etməsi cəmiyyətin bütün təbəqələrinin kəskin etirazına səbəb olmuş, həmin müəllim işdən azad edilmiş, direkror Tahirə Cəfərovaya töhmət verilmişdir.
Bundan başqa məktəbin müdirinin qanunsuz olaraq məktəbə bir neçə laborant işə götürdüyü, əslində isə onların maaşlarını özü aldığı, belə demək olarsa məktəbdə “ölü canlar”ın hesabına sərvətinə sərvət qatdığı haqqında da məlumatlar getmişdi.
Bu əsrarəngiz olaylarla, direktorun özünü külli ixtiyar sahibi hesab etdiyi bu qalmaqallı məktəblə bağlı mövzuya bu gün bir daha qayıtmağımızın səbəbi etibarlı mənbələrdən aldığımız maraqlı bir məlumat oldu. Belə məlum oldu ki, sən demə Tahirə Cəfərovanın balaca krallığında sular bir az bulanıbmış. Sən demə prokurorluq tərəfindən 22 saylı orta məktəbə və onun direktoruna cinayət işi qaldrılıbmış.
Valideynlərin bildirdiyinə görə, cinayət işinin qaldırılmasının səbəbi məktəbdə 11-ci sinif şagirdlərinin pul müqabilində evə buraxılması, sinif otaqlarının müəllimlərə icarəyə verilməsi, məktəbdə yeyinti hallarının aşkar edilməsi və digər korrupsiya hallarının baş verməsidir. Maraqlı olan məqam odur ki, bütün bu neqativ halların baş verməsinə, məktəbin cəmiyyət arasında nüfuzdan düşməsinə, Təhsil Nazirliyinin və təhsil sisteminin adının ləkələnməsinə baxmayaraq direktor Tahirə Cəfərova haqqında lazımi ölçü götürülmür. Və yaxud götürə bilmirlər.
Görəsən Tahirə xanımın arxasında qayanan qüvvə kimdir ki, onun xətrinə bu boyda dövlətin bu boyda təhsil sisiteminin imicinə zərbə vurulur, Tahirə xanım isə hal-hazırda cinayət işinin davam etməsinə baxmayaraq heç ruhunu da incitmir. Öz “işinə” artan sürətlə davam edir. Görəsən onun bu arxayınçılığının səbəbi nədir, o kimə və nəyə arxalanır? Axı onun məktəbindən artıq valideynlər öz uşaqlarını çıxarıb başqa məktəblərə aparırlar. Onlar öz uşaqlarını bu məktəbə və onun intriqalardan başı açılmayan direktoruna etibar etmirlər.
Biz bu məktəbin gələcək taleyindən çox narahatıq. Hörmətli təhsil nazirimiz Mikayıl Cabbarova və aidiyyatı qurumlara müraciət edirik, çox xahiş edirik ki, bu məktəb ətrafında baş verən olayları nəzarətə götürsünlər və ciddi tədbirlər görülməsinə nail olsunlar.
Qeyd edək ki, mövzu diqqətimizdədir. Araşdırmalarımız davam edir. Bu yaxınlarda məktəbdə olmağa çalışacağıq. Müəllimlər, şagirdlər və valideynlərlə görüşməyə, məktəbdə baş verən prosesləri yerində araşdırıb sizə təqdim etməyə çalışacağıq.
Bildirək ki, məktəbdəki hadisələrlə bağlı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə, Heydər Əliyev fondunun Prezidenti Mehriban Əliyevaya, Təhsil Naziri Mikayıl Cabbarova, Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə, DİN-ə, DTX-ya müraciət hazırlanır.
Hadisələrin gələcək inkişafını diqqətinizə çatdıracağıq…

cumhuriyyet

Şərhlər

XƏBƏR LENTİ