SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Sumqayıt 9 saylı tam orta məktəbdə bədbəxt hadisə

Sumqayıt 9 saylı tam orta məktəbdə bədbəxt hadisə

Tarix:

26-04-2018, 12:51

/ 1 694 dəfə oxundu.
Sumqayıt 9 saylı tam orta məktəbdə bədbəxt hadisə

Dəfələrlə Sumqayıt şəhər 9 saylı tam orta məktəbdə baş verən qanunsuzluqlarla bağlı məlumatlar vermişdik. Bakunews.az-a verilən məlumata görə, 9 saylı tam orta məktəbdə bədbəxt hadisə baş verib. Hadisənin baş verməsi mənbə tərəfindən bu cür xarakterizə edilib. Məlumatda qeyd edilir ki, 9 saylı tam orta məktəbin mərtəbələr arasında qəzalı olan pilləkənlərin dəmir tutacaqların təmiri üçün məktəbə usta çağırıb. Məktəbə rəhbərlik edən Həqiqət xanım Rafiq Hüseynov Hüseyn oğlunu əmək müqaviləsi bağlamadan təmir etməsi tapşırığın verib. Müqavilə olmadan işlədilən usta məktəbin 2-ci mərtəbəsindən düşərək ayağı sınıb. Təcili tramotologiyaya çatırılaraq ilkin yardım göstərilib.
Mənbənin verdiyi məlumata görə, hadisənin baş verməsindən sonra Rafiq Hüseynovun Həqiqət Abdullayevadən prokurorluğa şikayət etdiyi bildirilir.
Həm də Rafiq Hüseynovun həmin 9 saylı tam ortaməktəbin şagirdinin valideyni olduğuda məlumatda qeyd edilməkdədir.

Yazıda adı çəkilən şəxs və ya qurumların mövqeyin dinləməyə hazırıq.

Bakunews.az

Şərhlər

XƏBƏR LENTİ