Sumqayıt şəhər 22 saylı orta məktəblə bağlı cinayət işi: Direktorun təqdimatıda verilib, amma…
Bu əsrarəngiz olaylarla, direktorun özünü külli ixtiyar sahibi hesab etdiyi bu qalmaqallı məktəblə bağlı mövzuya bu gün bir daha qayıtmağımızın səbəbi etibarlı mənbələrdən aldığımız maraqlı bir məlumat oldu. Belə məlum oldu ki, sən demə Tahirə Cəfərovanın balaca krallığında sular bir az bulanıbmış və prokurorluq tərəfindən 22 saylı orta məktəblə bağlı işi qaldrılıbmış. Məsələ ilə bağlı daha ətraflı məlumat almaq üçün Sumqayıt Şəhər Prokurorluğu ilə əlaqə saxladıq. Prokurorluğun müstəntiqi Fərman Abdullayev adı çəkilən məktəblə bağlı cinayət işinin açıldığını təsdiqlədi. Məktəblə bağlı açılan cinayət işinin mahiyyətinə gəlincə, prokurorluq əməkdaşı bunun istintaq sirri olduğunu əsas gətirərək, ətraflı məlumat verməkdən imtina etdi. Baş verənlərlə bağlı əməkdaşımızın sualını cavablandıran məktəbin direktoru T.Cəfərova da məktəblə bağlı cinayət işinin açılmasını təsdiqləyib. O, bildirib ki, cinayət işinin açılmasına səbəb bir il öncə məktəbdə şagirdlərdən birinin döyülmə olayı ilə bağlıdır.
Bildirək ki, daxil olan məlumatlarda Sumqayıt Şəhər İcra Hakimiyyətinin məktəb direktorunun azad edilməsi ilə bağlı Təhsil Nazirliyinə təqdimat göndərməsi də bildirilirdi. Bu haqda cumhuriyyet.az-ın sualına gəlincə, məktəb direktoru bu məlumatı nə təsdiq, nə də təkzib etdi: “Bu barədə hər hansı bilgim yoxdur. Allah icra başçısınıncanını sağ eləsin. O, işləyənə qiymət verən insandır. Şəhərimizə gələndən təhsilin də, şəhərimizin də üzü gülür”.
Bütün bunlarla bərabər bildirək ki, övladları Sumqayıt şəhər 22 saylı orta məktəbdə təhsil alan bir qrup valideynlərin bildirdiyinə görə, cinayət işinin qaldırılmasının səbəbi məktəbdə 11-ci sinif şagirdlərinin pul müqabilində evə buraxılması, sinif otaqlarının müəllimlərə icarəyə verilməsi, məktəbdə yeyinti hallarının aşkar edilməsi və digər korrupsiya hallarının baş verməsidir. Maraqlı olan məqam odur ki, bütün bu neqativ halların baş verməsinə, məktəbin cəmiyyət arasında nüfuzdan düşməsinə, Təhsil Nazirliyinin və təhsil sisteminin adının ləkələnməsinə baxmayaraq direktor Tahirə Cəfərova haqqında lazımi ölçü götürülmür. Və yaxud götürə bilmirlər. Valideynlərin redaksiyamıza ünvanladığı məktubun sonunda şəhər rəhbərliyinin təhsilə diqqətindən söz açılaraq 22 saylı məktəblə bağlı da tədbir görüləcəyinə ümid edilir: “Ümid edirik ki, Baş verən bu və digər korrupsiya hallarına görə Sumqayıt şəhər rəhbərliyi və Təhsil Nazirliyi araşdırmalara başlayacaq və bu qanunsuzluqlar öz müsbət həllini tapacaq.”

Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır