XalqXəbər.Az

www.XALQXEBER.az » Sosial » Müdafiə Sənayesi Nazirliyinin binasını Tovuzun Aşağı Quşçu kəndindən olan şirkət təmir edəcək

Müdafiə Sənayesi Nazirliyinin binasını Tovuzun Aşağı Quşçu kəndindən olan şirkət təmir edəcək

Müdafiə Sənayesi Nazirliyinin binasını Tovuzun Aşağı Quşçu kəndindən olan şirkət təmir edəcək
15-11-2017, 11:18

Müdafiə Sənayesi Nazirliyi Bakıdakı inzibati binasını təmir etmək üçün podratçı kimi “Tomris-1” MMC-i seçib. Bu ilin iyulun 25-də yaradılan şirkətin balansında bu qurumla müqaviləyə qədər daha bir dövlət strukturu ilə müqaviləsi olub.

Müdafiə Sənayesi Nazirliyinin binasının təmiri üçün podratçı seçiminə qiymət sorğusu oktyabrın 16-da keçirilib. Müsabiqənin qalibi ayın 19-da elan edilib. Dövlət satınalmalarının reyestrini aparan İqtisadiyyat Nazirliyinin məlumatına görə isə, “Tomris-1” MMC ilə müqavilə oktyabrın 17-də – seçimdə iştirak üçün iddiaçıların müraciətlərinin sonunçu gününün səhəri imzalanıb. Müqavilənin qiyməti – 14 min 987 manatdır.

İqtisadiyyat Nazirliyinin məlumatına görə, İstehlak Mallarının Ekspertizası Mərkəzi (İMEM, bu quruma tabedir – red.) oktyabrın 11-də “Tomris-1” MMC ilə İMEM-nin Quba-Xaçmaz regional şöbəsində təmir işləri üçün 45 min 868 manatlıq müqavilə imzalayıb.

“Tomris-1” MMC bu ilin iyul ayında 20 manat kapitalla Tovuzun Aşağı Quşçu kəndində təsis edilib. Bu şirkət barədə başqa məlumat yoxdur.

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.