SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Azərbaycan Dövlət Neft və Sənaye Universitetində nələr baş verir? - ŞİKAYƏT

Azərbaycan Dövlət Neft və Sənaye Universitetində nələr baş verir? - ŞİKAYƏT

Tarix:

13-11-2017, 09:39

/ 41 149 dəfə oxundu.
Azərbaycan Dövlət Neft və Sənaye Universitetində nələr baş verir? - ŞİKAYƏT

Azərbaycan Respublikasının Prezidenti Möhtərəm İlham Əliyev Cənablarına
surəti: Azərbaycan Respublikasının Birinci Vitse-Prezidenti Hörmətli Mehriban Əliyevaya
surəti: Təhsil naziri Mikayıl Cabbarova
Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin çoxsaylı məzunları
tərəfindən
Nəzərinizə çatdırırıq ki, Universiteti bitirməyimizə baxmayaraq diplomlarımız bu günkü günə kimi hələ də verilmir. Bu haqda dəfələrlə Universitet rəhbərliyinə müraciət etsək də, nəticəsi yoxdur. Bəzilərimiz Universiteti bitirib hərbi xidmətə, bəzilərimiz isə iş yerlərinə üz tuturuq. Bizdən diplom tələb edilir, lakin diplomu təqdim edə bilmirik.
Hərbi xidmətdə olan məzunlardan əlaqədar qısa müddətdə diplomun təqdim edilməsi tələb edilir. 2017-ci ilin sonuna yaxınlaşmaq üzrə olsaq da bu istiqamətdə hər hansı addım atılmasını da görmürük. Biz diplomlarımızı pensiyaya çıxanda almalıyıq ?
Sizdən xahiş edirik tezliklə diplomlarımızın verilməsi üçün aidiyyatı qurumlara göstəriş verəsiniz.
Öncədən Sizə minnətdarlıq edirik.

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin çoxsaylı məzunları tərəfindən

Musayev Eldar
12 noyabr 2017-ci il

xalqxeber.az

Şərhlər

XƏBƏR LENTİ