SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Bakı Neft-Energetika Kollecinde bitməyən özbaşınalıq - ŞİKAYƏT

Bakı Neft-Energetika Kollecinde bitməyən özbaşınalıq - ŞİKAYƏT

Tarix:

19-08-2017, 11:43

/ 150 292 dəfə oxundu.
Bakı Neft-Energetika Kollecinde bitməyən özbaşınalıq - ŞİKAYƏT

Azərbaycan RespublikasınınPrezidenti
İlham Əliyev cənablarına
Surəti:“Heydər Əliyev Fondunun” rəhbəri, Millət vəkili, Azərbaycan Respublikasının Birinci Xanımı, Azərbaycan Respublikasının Birinci
Vitse-Prezidenti Hörmətli Mehriban Əliyevaya
Surəti: Təhsil Naziri Mikayıl Cabbarova

Biz Azərbaycan Neft və Sənaye Universitetinin nəzdində Bakı Neft-Energetika Kollecinin çoxsaylı tələbələri adından Sizə müraciət edərək buradakı özbaşınalıqlara son qoyulmasını Sizdən xahiş edirik.
Bakı Neft-Energetika Kollecində Azərbaycan Qanunları işləmir. Burada Kollec rəhbərlliyinin “özbaşınalıqları” hökm sürür.
Bakı Neft-Energetika Kollecinin rəhbərliyi guya Kollecdə rüşvət olmaması kimi cəmiyyətdə rəy yaratmaq üçün fərqli metoda əl atıb.
Tələbələri imtahandan kəsərək yay məktəbinə yazdırmaqla tələbələri küllü-miqdarda xərcə salıb kollecin hesabına pul ödətdirib hesabdan pulları talan etməkdir.
Tələbələri yay məktəbinə yazdırmaq üçün bütün Kollec sanki yarışa girib. Müəllimlər özləri etiraf edir ki, “biz Kollec direktoru Mehman Abduləzizovun əmrinə tabeyik, başınıza çarə qılın” bayram günlərini də nəzərə alaraq tələbələrin qayıb limitlərini aşağı salıblar.
Yay məktəbinin açılması üçün qrupda minimum 14 nəfər tələbə olmalıdır. Qrupda 2 nəfər düşsə belə, 14 nəfərin pulunu ödəməyə məcburdur.
Semest imtahanlarında tələbələrin kütləvi şəkildə kəsilməsi Kollecdəki təhsilin “səviyyəsinin” göstəricisidir.
Bir faktı nəzərinizə çatdıraq. Kollecin yay imtahanlarında 4- cü imtahanı verən tələbənin üzərindən qulaqcıq aşkar edilib, əvvəlki imtahan nəticələrini də ləğv etmişdir.
Bundan əlavə tələbələri qəsdən imtahandan kəsib V, VI kursa saxlayırlar. Biz tələbələr bu və digər şikayətlərimizi Azərbaycan Neft və Sənaye Universitetindən gələn adını da bilmədiyimiz nümayəndəyə bildirdikdən sonra, bu barədə tədbir görəcəyinə kimi söz versə də sözünə əməl etmədi. İmam Əlinin kəlamını həmin şəxsin nəzərinə çatdırmağı özümüzə borç bilirik.: “Birinə söz verərkən tələsmə, unutma ki, söz namusdur”
Buradakı özbaşınalıqlarla əlaqədar qoruq müdürü Mikayıl Cabbarova dəfələrlə şikayət etsək də tədbir görülməyib.
Xaricdə təhsil alan, cavan “kadr” cənab nazir Mikayıl Cabbarov Azərbaycanın təhsil sistemini iflic etdiyini görəsən özü anlayırmı ?
Sizən xahiş edirik Bakı Neft-Energetika Kollecindəki bu özbaşınalıqlar barəsində tədbir görülməsi üçün aidiyyatı qurumlara göstəriş verəsiniz.

Öncədən Sizə minnətdarlığımı bildiririk.

Bakı Neft-Energetika Kollecinin
çoxsaylı tələbələri adından İslamov Kamal

xalqxeber.az

Şərhlər

XƏBƏR LENTİ