SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Azərbaycan Texniki Universitetindəki ÖZBAŞINALIQDAN - ŞİKAYƏT

Azərbaycan Texniki Universitetindəki ÖZBAŞINALIQDAN - ŞİKAYƏT

Tarix:

17-11-2017, 10:15

/ 1 542 dəfə oxundu.
Azərbaycan Texniki Universitetindəki ÖZBAŞINALIQDAN - ŞİKAYƏT

Azərbaycan Respublikasının Prezidenti Hörmətli İlham Əliyev Cənablarına
surəti: Azərbaycan Respublikasının Birinci Vitse-Prezidenti Hörmətli Mehriban Əliyevaya
surəti: Təhsil naziri Mikayıl Cabbarova

Şikayətimiz ,Azərbaycan Texniki Universitetində misli olmayan özbaşınalıqlardandır. Burada sözün əsil mənasında hərc-mərclik hökm sürür.
Universitetdə vahid qayda-qanun ya yoxdur ya da tətbiq edilmir. Hər müəllim öz istədiyini yeridir.
Əvvəla, test üsulu ilə olan imtahanlar ləğv edilərək yazılı qaydada aparılır. Bütün ali təhsil ocaqlarından fərqli olaraq semestr imtahanlarına qədər keçirilən kollokvum sualları tələbələrə ya verilmir ya da ən yaxşı halda gec verilir. Aylıq kollokvumlarda mövzulardan kənar suallar salınır. Ümumiyyətlə, suallar ya tələbələrə verilmir ya da kollokumlar verilən suallardan əlavə suallarsalınır. İmtahan suallrı isə qətiyyən verilmir.
Burada təhsilin səviyyəsindən belə söhbət gedə bilməz.
Bütün ali təhsil ocaqlarında semestr imtahanlarında salınan suallar keçirilən dərs saatlarına uyğun olaraq tənzimlənir. Məsələn 45 saat dərs deyən müəllim semestr imtahanına90-dan artıq sual sala bilməz.
Universitetin prorektoru İlham müəllim bu barədə müəllimlərə ciddi xəbərdarlıq etməsinə baxmayaraq, onun qanuni tələblərinə məhəl qoymurlar. Lakin müəllimlər deyir ki, “biz ürəyimiz istədiyi qədər sual sala bilərik”
Bundan əlavə, İlham müəllimin göstərişinə əsasən tələbə 10 sərbəst işi slaydlardan ibarət olan 1-3 təqdimatla da təhvil verə bilər. Lakin onun bu tələbinə də əməl edilmir. Müəllimlər bizdən 5 təqdimat tələb edir, bəziləri 10 sərbəst işi, bəziləri isə referat tələb edir.
Bizdən fərqli olaraq, bütün ali məktəblərdə qış semestr imtahanına düşən suallar tələbələrə təqdim edilib. Universitete hələ də rektor təyin edilməyib. Rektorun vəzifələrini prorektor Yahudov Xalıq Məcid oğlu yerinə yetirir. Ya onu eşidən yoxdur ya da buna şərait yaradan elə özüdür.
Yəqin ki, tələbələrə qarşı bu cür kütləvi haqsızlıqlar edənlərin məqsədi cəmiyyətdə, biz gənclər arasında kütləvi narazılıqlar yaratmağa hesablanmışdır.
Sizdən xahiş edirik, Azərbaycan Texmiki Universitetindəki bu hərcmərcliyə son qoyulması üçün aidiyyatı orqanlara göstəriş verəsiniz.
Əvvəlcədən Sizə minnətdarıq.

Çoxsaylı tələbələr adından : Soltanov Mahmud

xalqxeber.az

Şərhlər

XƏBƏR LENTİ