SON DƏQİQƏ
XalqXeber.Az » Şou-Biznes » “Səni mən adam eləmişəm” deyib işdən çıxmağımı istədi...” - Qalmaqal

“Səni mən adam eləmişəm” deyib işdən çıxmağımı istədi...” - Qalmaqal

Tarix:

3-03-2020, 11:11

/ 2 178 dəfə oxundu.
“Səni mən adam eləmişəm” deyib işdən çıxmağımı istədi...” - Qalmaqal

Xəzər TV-də yayımlanan ”5-də 5” proqramının aparıcısı Zaur Kamalla parodiyaçı- aktyor Elnur Mahmudov arasında qalmaqal baş verib.

Tərəflər arasında gərginlik bir həftə bundan əvvəl yaranıb. E. Mahmudovun sözlərinə görə, o, Z. Kamalın təkidi ilə ərizə yazaraq işdən ayrılıb. Buna baxmayaraq, onun yer aldığı kadrlar proqramda hələ də yayımlanır. Bundan narazı olan E. Mahmudov instaqramda həmin kadrları paylaşaraq Zauru sərt şəkildə tənqid edib:

“Mən “5-də 5” proqramı ilə 1 həftə olar ki, yollarımı ayırmışam. Hətta bunu elan da etmişəm. Çünki verilişin aparıcısı (Zaur Kamal- red.) kollektivinin yanında ərizəni hörmətsiz, kobud və özünəməxsus şəkildə qabağıma tulladı ki , könüllü olaraq yaz və işdən çıx! Səbəb o oldu ki, mənimlə işləmək istəmir. Buna ən böyük şahidim Allahdır. Mən də öz növbəmdə cavab olaraq qarşısındakını alçaltmağı, sındırmağı sevən bu adama bildirdim ki, məni başqaları ilə səhv salmasın. O da “səni mən adam eləmişəm” dedi.
And olsun Allaha ki, heç bir səbəb göstərmədən... Aramızda müəyyən söz atışmaları oldu. Kanalla olan münasibətimin, hörmətimin buna görə korlanmağını istəmədim və bir daha bu şəxslə üz-üzə gəlməmək üçün ərizəmi yazdım. İndi məsələ odur ki, bu videonu sona qədər izləyin. Buna inanıb mənə və mənim atama zənglər oldu ki, yaxşısanmı ay Elnur, ay Emin müəllim oğluva nəsə olubmu?!

İnsandılar da inanıblar, yaxın adamdılar. 3 nəfərin yanında mənə səbəbsiz yerə “ərizəvi yaz, işdən çıx” deyən, məndən narazı olan bu adam 1 həftədi efirdə rəsmi olaraq deyə bilmir ki, Elnur Mahmudov proqramdan çıxıb. Əvəzində isə belə bir gülünc vəziyyətə düşüb. Normal şəkildə Elnur Mahmudovun verilişdən getdiyini deyə bilməyəcək qədər qorxaq, aciz və cahilsən! Kobud səslənən hər hansı bir cümlə və fikrimə görə izləyicilərdən üzr istəyirəm”.

Şərhlər

XƏBƏR LENTİ