Brilliant Dadaşova Xoşqədəm Hidayətqızını ittiham etdi
Xalq artisti Brilliant Dadaşova bir neçə ay əvvəl Tovuz rayonunun Dondar Quşçu kəndində müəmmalı şəkildə yoxa çıxan, ötən həftə yandırılmış meyiti tapılan Nərmin Quliyevanın ölümündə “Xəzər” TV-nin aparıcısı Xoşqədəm Hidayətqızını ittiham edib.
Pravda.az-ın xəbərinə görə, Xalq artisti bu barədə instaqramda status yazıb. O, ad çəkməsə də, sözlərin “Səni Axtarıram” verilişinin aparıcısı Xoşqədəm Hidayətqızına ünvanlandığı iddia olunur:
“Əziz dostlar gözəl bilirəm ki, onsuz da ayağımın altını qazımaq üçün fürsət axtaranların sayı artacaq. Psixologiyanı bilməyən, incə ələyib, sıx toxumaqdan bixəbər olanlar, yüz ölçüb bir biçə bilməyən insanlar ictimai proqram aparmamalıdır. Bir körpənin həyatıyla oynanıldı. Susaq deyirəm, uşağın ağlamaq səsi qulağıma gəlir. Kaş o proqramda hədə-qorxu gəlmək əvəzinə deyərdiniz ki, gəl sənə muştuluq-hədiyyə verəcəyik – psixoloji cəhətdən anormal insanı tovlayıb ortaya çıxarmaq daha asan olardı. Amma harda... Zaur Baxşəliyevə və Aytən Səfərovaya təşəkkür edirəm. Az da olsa, yaramıza məlhəm sürtdünüz”.

Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır