XalqXəbər.Az

www.XALQXEBER.az » Bölgə » Füzulidə kənd təsərrüfatı məhsullarının satışı yarmarkası istifadəyə verilib

Füzulidə kənd təsərrüfatı məhsullarının satışı yarmarkası istifadəyə verilib

Füzulidə kənd təsərrüfatı məhsullarının satışı yarmarkası istifadəyə verilib
28-06-2017, 10:30

Prezident cənab İlham Əliyevin respublikada sahibkarlığın inkişaf etdirilməsi, yerlərdə sahibkarlara əlverişli şərait yaradılması barədə tapşırıqları Füzuli rayonunda daim diqqət mərkəzində saxlanılır. Rayonda görülən işlər, həyata keçirilən tədbirlər ölkə başçısının məhz bu sözlərinə uyğun aparılır, sahibkarların daha da yaxşı işləmələri, yeni iş yerləri açmaları, yerli istehsalı artırmaları üçün şərait yaradılır. Füzuli rayonunda sahibkarlara yaradılan şəraitin nəticəsidir ki, məcburi köçkünlərin məskunlaşdıqları Zobucuq qəsəbələrinin mərkəzi hesab olunan Üçüncü Zobucuq qəsəbəsi ərazisində iş adamı tərəfindən kənd təsərrüfatı məhsullarının satış yarmarkası tikilmişdir. Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev yarmarkanın açılış mərasimində iştirak edib. Alı Alıyevə məlumat verilib ki, ümumi sahəsi 1362 kv.m olan kənd təsəürrafatı məhsullarının satış yarmarkasında 22 qapalı ticarət koşkü və ərzaq məhsullarının saxlama anbarı vardır. Yarmarkada rayon sakinlərinin, fermerlərin istehsal etdikləri kənd təsərrüfatı məhsullarının, o cümlədən gündəlik tələbat mallarının satışı üçün lazım olan bütün şərait yaradılmışdır. Alıcı və satıcılar üçün normal şərait yaradılan yarmarkada 30 nəfər işlə təmin yolunacaqdır.
Yarmarkanın ərazisində ağac və gül kolları əkilib, abadlıq işləri görülüb.
Alı Alıyev açılış mərasimində Prezident cənab İlham Əliyevin respublikada iş adamlarına, sahibkarlara yaratdığı şəraitdən danışıb. Bildirib ki, hazırda yüzlərlə şəxs Füzuli rayonunda sahibkarlıq fəaliyyəti ilə məşğul olur, kənd təsərrüfatı, kiçik emal müəssisələri yaradaraq məhsul bolluğu yaradır, yeni iş yerləri açır, sahibkarlıq fəaliyyətlərini genişləndirirlər.
Alı Alıyev respublikanın hansı bölgəsindən olmasından asılı olmayaraq sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq istəyən iş adamlarını Füzuli rayonuna dəvət edib.
Açılış mərasimində iştirak edən məcburi köçkünlər füzulilərə göstərdiyi diqqət və qayğıya görə Prezident cənab İlham Əliyevə və Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.
Füzulidə kənd təsərrüfatı məhsullarının satışı yarmarkası istifadəyə verilib
Füzulidə kənd təsərrüfatı məhsullarının satışı yarmarkası istifadəyə verilib
Füzulidə kənd təsərrüfatı məhsullarının satışı yarmarkası istifadəyə verilib
Füzulidə kənd təsərrüfatı məhsullarının satışı yarmarkası istifadəyə verilib
Füzulidə kənd təsərrüfatı məhsullarının satışı yarmarkası istifadəyə verilib
Füzulidə kənd təsərrüfatı məhsullarının satışı yarmarkası istifadəyə verilib
Füzulidə kənd təsərrüfatı məhsullarının satışı yarmarkası istifadəyə verilib

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.