Füzuliyə iş adamları tərəfindən 10 milyon manatdan çox investisiya qoyulub
Prezident cənab İlham Əliyevin respublikada sahibkarlığın inkişaf etdirilməsi, onların fəaliyyətinə müdaxilələr edilməməsi, sahibkarlar üçün yerlərdə münbit şərait yaradılması barədə tapşırıqları cəbhə bölgəsində yerləşən Füzuli rayonunda daim diqqət mərkəzində saxlanılır. Füzuli rayonunun işğaldan azad olunmuş ərazisində iş adamlarının sahibkarlıq fəaliyyəti ilə məşğul olmaları, yeni iş yerləri yaradaraq rayonun inkişafına təkan vermələri üçün hər cür şərait yaradılır. Rayonda sahibkarlığın inkişafına yaradılan şəraitin nəticəsidir ki, hazırda yüzlərlə şəxs rayonda sahibkarlıq fəaliyyəti ilə məşğul olur, rayonun iqtisadiyyatının möhkəmlənməsində yaxından iştirak edirlər. Təkcə 2017-ci ilin 11 ayı ərzində iş adamları tərəfindən sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün Füzuli rayonuna 10 milyon manatdan artıq investisiya qoyulmuş, kənd təsərrüfatının, yerli istehsalın inkişafına xidmət göstərən tədbirlər həyata keçirilmiş, özəl sektorun çəkisi artırılmışdır. Hesabat dövründə iş adamları tərəfindən rayonda 2700 ha ərazidə Aqropark yaradılmış, 4 iri taxılçılıq təsərrüfatı, həmçinin böyük toxumçuluq təsərrüfatı, 10 ha ərazidə istixana kompleksi yaradılmış, kənd təsərrüfatı məhsullarının satış yarmarkası tikilmişdir. Onlarla insan rayonda kənd təsərrüfatı, kiçik emal müəssisələri yaradaraq məhsul bolluğu yaradır, yeni iş yerləri açıb, sahibkarlıq fəaliyyətlərini genişləndiriblər.
xalqxeber.az xəbər verir ki, Füzuli rayonunda həyatın bütün sahələrində qazanılan uğurlar, əldə edilən nailiyyətlər cəbhə bölgəsində, düşmənlə bir neçə addımlıqda yaşayan füzilililərin dövlətimizin qüdrətinə, Cənab İlham Əliyevə olan inamından irəli gəlir.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...