Füzulidə istixana kompleksi fəaliyyətə başlayıb - FOTOLAR
Prezident cənab İlham Əliyevin respublikada sahibkarlığın inkişaf etdirilməsi, onların fəaliyyətinə müdaxilələr edilməməsi, yeni iş yerlərinin yaradılması, sahibkarlar üçün yerlərdə münbit şərait yaradılması barədə tapşırıqları Füzuli rayonunda daim diqqət mərkəzində saxlanılır. Rayonda görülən işlər, həyata keçirilən tədbirlər məhz ölkə başçısının bu sözlərinə uyğun aparılır, sahibkarların daha da yaxşı işləmələri üçün şərait yaradılır.
xalqxeber.az xəbər verir ki, Füzulidə sahibkarlara yaradılan şəraitin nəticəsidir ki, hazırda yüzlərlə şəxs rayonda sahibkarlıq fəaliyyəti ilə məşğul olur, rayonun iqtisadiyyatının möhkəmlənməsində yaxından iştirak edirlər. Onlarla insan rayonda kənd təsərrüfatı, kiçik emal müəssisələri yaradaraq məhsul bolluğu yaradır, sahibkarlıq fəaliyyətlərini genişləndirirlər. Yaradılan şəraitin nəticəsidir ki, Horadiz şəhərinin inzibati ərazisində iş adamı tərəfindən 10 ha sahədə müxtəlif növ kənd təsərrüfatı məhsulları yetişdiriləcək istixana kompleksi yaradılmışdır. İstixana kompleksində müasir texnoloji avadanlıqlar qurulmuş, istilik-mühafizə pərdələri, havalandırma və suvarma sistemləri yaradılmışdır. İstixana kompleksində ilkin mərhələdə pamidor və xiyar yetişdirilməsi nəzərdə tutulub. Burada istehsal olunacaq ixrac yönümlü məhsullar rayonun daxili bazarları ilə yanaşı respublikanın müxtəlif regionlarında da satılması və gələcəkdə xaricə ixrac nəzərdə tutulub. Kompleksdə məhsulların qablaşdırılması istehsal olunan tərəvəzin keyfiyyətini itirmədən istehlakçılara çatdırılmasına imkan verir. Kompleksin fəaliyyətə başlaması ilə ilkin mərhələdə rayondan olan 30 məcburi köçkün burada daimi işlə təmin olunublar.
Füzuli rayon İcra Hakimiyyəti bir daha respublikanın hansı bölgəsində olmasından asılı olmayaraq sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq istəyən iş adamlarını rayona dəvət edir, onları rayonda fəaliyyət göstərməyə, yeni iş yerləri açaraq sahibkarlıq fəaliyyətlərini genişləndirməyə çağırır.










Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...