XalqXəbər.Az

www.XALQXEBER.az » Bölgə » Bizi Ziya Məmmədovun zülmündən qurtarın-Ucarlılardan ŞİKAYƏT

Bizi Ziya Məmmədovun zülmündən qurtarın-Ucarlılardan ŞİKAYƏT

Bizi Ziya Məmmədovun zülmündən qurtarın-Ucarlılardan ŞİKAYƏT
24-05-2017, 10:03

Ziya Məmmədovun korrupsiya əməllərindən Azərbaycan nəqliyyatının, yollarının canı qurtarsada Ucar rayon camaatı hələdə bu yaramazın əlində aciz qalıb zülm çəkirik. Ziya Məmmədova məxsus əmlaklar həddən çoxdur.Bunlardan biridə onun himayəsində olan yaxın qohumunun adına rəsmiləşdirilmiş Ucar Ticarət Mərkəzidir (Ucar kolxoz bazarı ). Bu kolxoz bazarında 100 nəfərin ticarətlə məşğul olması nəzərdə tutlsada zorla, məcburiyyət qarşısında qoyularaq 800 nəfər şəxs sıxlıqda, darısqallıqda, zir-zibilin içində alverlə məşğuldur.Həttda sıxlıq o dərəcədədir ki, alıcılar bazara girib-çıxanda əziyyət çəkirlər.Bazarın yolunda daima tıxaclar var,səkilər tamam tutulub.Ticarət yerləri satıcılara baha qiymətə icarəyə verilsədə sənəddə qiymət göstərilmir və ya çox az qiymət yazılır ki, buna görə vergidən küllü miqdarda gəlir gizlədilir.800 nəfərin işlədiyi bazarda cəmi 30 nəfərlə əmək müqaviləsi bağlanılmışdır.Yalnız bu 30 nəfər Dövlət Sosial Müdafiə Fonduna pul ödəyir.Buna görə çoxlu sayda insanın əmək hüquqları pozulur.Bzarda ticarət obyektləri heç bir texniki şərtlərə əməl edilmədən qanunsuz inşa edilib.Buna görə ötən il bazarda baş vermiş yanğın zamanı 14 ticarət köşkü içərisindəki satlıq əşyalarla tamamilə yanaraq külə döndü.Çünki düzgün aparılmayan tikintiyə sıxlığa görə yanğın söndürən maşınlar bazara girə bilmədiyi üçün yanğının qarşısı vaxtında alınmadı və nəticədə yanğın qonşu maqazinlərə keçməklə 14 ticarət obyekti yanaraq külə döndü. İş orasıdır ki, Ucar Yanğından Mühafizə Xidməti bu bazara bitişikdir. "Ucar Ticarət Mərkəzi" -nin iş saatları səhər saat 07-00 radələrindən günorta saat 14-00 radələrinə kimidir ki, həmin saatlarda rayon ərazisində baş verə biləcək yanğın hadisəsinin qarşısını almaq mümkün deyil.Çünki "Ucar Ticarət Mərkəzi" -nin yaratdığı tıxaclar, sıxlıq və qanunsuz küçə alveri yaxınlıqda yerləşən Yanğından Mühafizə Xidmətinin yolunu tam olaraq kəsmişdir.Bu çox-çox təhlükəli bir haldır ki, "Ucar Ticarət Mərkəzi" yaratmışdır, daha doğrusu hegomon Ziya Məmmədov yaratmışdır.
Həmçinin "Ucar Ticarət Mərkəzi" səhər saatlarında işə başlayarkən yerləşdiyi 28 May küçəsinin avtomobil yolunda və piyada səkisində sıxlıq tıxac yaratdığı üçün yaxınlıqda yerləşən Ucar şəhəri 1 saylı tam orta məktəbin müəllimlərinin və şagirdlərinin dərsə gedib gəlməsi çətinləşmiş buna görə onlar çox əziyyət çəkirlər.Bu acınacaqlı mənzərəyə baxmaq belə dəhşətlidir.
"Ucar Ticarət Mərkəzi" -ndə antisanitariya baş alıb gedir.Köhnə piştaxtalardan istifadə edilir, soyuducular, saxlama anbarları yoxdur, bazarda həddən artıq sıxlıq, darısqallıq var ki, buda tozlanma yaratdığı üçün üstü açıq şəkildə satılan qida məhsulları insanların sağlamlıqlarına ciddi ziyan vurur. Burada zibili bazarın həyətində olan traktor qoşqusuna atılır ki, bununda üstü açıq olduğu üçün ətrafda satılan qida məhsullarının üzərinə küləklə zibili düşür.Qida məhsulları və ət açıq soyuducu olmayan yerdə satılır. Ət satılan yerdə küçə itləri gəzir. İtlər həttda ət kötüyünün üzərinə belə çıxırlar. Antisanitar vəziyyət daha da genişlənmişdir, heç bir tədbir görülmür. Çünki bazarın Ziya Məmmədov kimi zülümkar himayədarı var.
Ucar Ticarət Mərkəzinin rəhbərliyi vətəndaşların savadsızlığından sui-istifadə edərək işlətmək üçün ticarət köşkləri və ya maqazinləri icarəyə verən zaman onlardan depozit adı ilə küllü miqdarda pul alıb mənimsəyirlər.Həttda sahibkarlıq fəaliyyətini dayandıran vətəndaşlar həmin depozit adı ilə qanunsuz olaraq alınmış pullarını mərkəzin rəhbərliyindən ala bilmirlər.Bu tam cinayət əməlidir ki, "Ucar Ticarət Mərkəzi"-nin rəhbərliyi törədir.Depozit adı ilə alınan həmin pula görə heç bir sənəd tərtib edilmir, müqavilə bağlanılmır və qəbz verilmir .Ancaq gözdən pərdə asmaq üçün özlərinin dəftərlərinə qey edirlər.
Bu Ticarət Mərkəzi Ziya Məmmədovun qohumu Sumqayıt Gömrük İdarəsinin rəis müavini Əlinur Sarıyevin adına rəsmiləşmişdir.
Rusiyada bizneslə məşğul olan iş adamı Rahim Əliyev tərəfindən Ucar rayonunun Oğuz küçəsində böyük ərazidə müasir tipli bazar inşa edilsədə Ziya Məmmədovun təzyiqi, hədə-qorxusu ilə üzləşdiyi üçün işlədə bilmirlər. İş adamı Rahiməli Əliyev üzləşdiyi haqsızlığa görə Azərbaycanı tərk edib getmək məcburiyyətində qaldı. Ziya Məmmədov vəzifədən çıxarılıb zərərsizləşdirilsədə Ucar rayonunda təsir gücünə malikdir.Ziya Məmmədovun yaratdığı köhnə bazar rəzalətinə görə bütün ucarlılar alıcılarda -satıcılarda zülm çəkir.
Biz Ucar rayon sakinləri ümüd edirik ki, Prezident cənab İlham Əliyev öz marağına görə əhaliyə zülm verən Ziya Məmmədovun göstərdiyimiz bu qanunsuzluq əmələrini araşdırıb təcili tədbirlər görülməsinə tapşırıq verəcək.


Ucar rayon sakinləri

Qafarov Azər Ələsgər oğlu (077) 610-11-22
Cəbrayılov Abbas Maarif oğlu
Əliyev Vüqar Sabir oğlu
Məmmədova Tamara Xəlil qızı
Umudova Solmaz Məlik qızı
Kamilov Südabə Qulam qızı
Babayev Arif Oruc oğlu
Qasımova Səkinə Məmməd qızı
Fətəliyev Etibar Tahir oğlu
İbrahimov Vasif Gündüz oğlu
Əliyev Elçin Muxtar oğlu
Həsənov Böyükağa Aslan oğlu
Kərimova Simuzər Yaqub qızı
Gülməmmədova Validə Əlikram qızı
Soltanov Faiq Kərim oğlu
Nəbiyev İlham Lətif oğlu
Tağıyeva Sona Rafiq qızı
Mayılov Həsən Qara oğlu
Musayeva Asudə Yusif qızı
Hüseynov Elşən Sadıq oğlu
İsmayılov Ağanur Paşa oğlu

xalqxeber.azBizi Ziya Məmmədovun zülmündən qurtarın-Ucarlılardan ŞİKAYƏT
Bizi Ziya Məmmədovun zülmündən qurtarın-Ucarlılardan ŞİKAYƏT
Bizi Ziya Məmmədovun zülmündən qurtarın-Ucarlılardan ŞİKAYƏT
Bizi Ziya Məmmədovun zülmündən qurtarın-Ucarlılardan ŞİKAYƏT
Bizi Ziya Məmmədovun zülmündən qurtarın-Ucarlılardan ŞİKAYƏT
Bizi Ziya Məmmədovun zülmündən qurtarın-Ucarlılardan ŞİKAYƏT
Bizi Ziya Məmmədovun zülmündən qurtarın-Ucarlılardan ŞİKAYƏT
Bizi Ziya Məmmədovun zülmündən qurtarın-Ucarlılardan ŞİKAYƏT

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.