SON DƏQİQƏ
XalqXeber.Az » Şou-Biznes » Ucar sakinləri həkim özbaşınalığından GİLEY EDİR - MÜRACİƏT

Ucar sakinləri həkim özbaşınalığından GİLEY EDİR - MÜRACİƏT

Tarix:

19-11-2021, 13:20

/ 733 dəfə oxundu.
Ucar sakinləri həkim özbaşınalığından GİLEY EDİR - MÜRACİƏT

Ucar rayon sakinləri, Həmidov Rəhim Nazim oğlu, Həsənov Hüseyn Məcid oğlu, Kamilova Ruhiyyə Bilal qızı, Babayev Cəfər Tahir oğlu, Vəliyeva Elmira Məhəmmədəli qızı, Alıyev Paşa Rzaqulu oğlu tərərfindən mətbuat vasitəsi ilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarına, Birinci vitse-prezident, Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevaya və aidiyyatı dövlət orqanlarına Ucar rayon Mərkəzi Xəstəxanasında baş verən özbaşınalıqlardan şikayət məktubu ünvanlanıb. Şikayət məktubunda deyilir ki:
Biz bu şikayət məktubunu yazan Ucar rayon sakinləri Ucar rayon xəstəxanasında özbaşınalıqla rüşvətxorluqla üzləşmişik. Ucar rayon Mərkəzi Xəstəxanasının həkimi İlahə Ağayeva hər gün 3000-3500 manat pul qazanır ki, buna görə o artıq harınlaşmışdır. Çünki onu keçmiş nəqliyyat naziri Ziya Məmmədovun hoqqabaz qardaşı İldırım Məmmədov himayə edir.
Belə ki, Ucar rayon Mərkəzi Xəstəxanasında həkim İlahə Ağayevanın müayinəsinin özəl qiymətləri var.Ültrasəs müayinə aparatı işlədən İlahə həkimin qiymət cədvəli aşağıdakı kimidir. Qaraciyər dalaq müayinəsi 50 manat, böyrək müayinəsi 50 manat, prostat vəzi, sidik kisəsi? kor bağırsaq 60 manat, mədəaltı vəzi 50 manat.
Bu cədvəldə göstərilən qiymətdən 1 manat az pulu ödəyən şəxs təhqirlərə məruz qalaraq oradan qovulur. Həttda İlahə həkim pul yığmaq üçün özünə iki tibb bacısı ayrıb. İlahə həkimin hər gün otağının qarşısnda yüzdən çox xəstə növbə gözləyir. İlahə həkimin qiymət cədvəlinə uyğun maddi imkanı olmayan xəstələr qonşu rayon xəstəxanalarına üz tuturlar. Bu hoqqabaz, qudurğan həkimin özbaşınalğına görə kasıb insanlar çox əziyyət çəkirlər.
Ucar rayon xəstəxanasında icbari sığortanın İlahə həkimə heç bir aidiyyatı yoxdur. Adam o dərəcədə harınlayıb ki, bahalı avtomobili ilə rayonda at oynadır, avtoşluq edir.
Həttda yol hərəkəti qaydasını pozduğuna görə ona cərimə tətbiq edildiyi üçün polis zabitini insanların gözü qarşısında təhqir edib alçaltmışdır. Belə ki, xəstə həyat yoldaşını ültrasəs müayinəyə gətirən polis zabitinə qışqıran İlahə həkim “Siz mənə cərimə tətbiq etmisiniz, mən də sənin həyat yoldaşını müayinə etmirəm, tez xəstənidə götürüb buradan rədd ol”.
Həmin vaxt polis zabiti ağrılar içində qıvrılan həyat yoldaşını təcili olaraq qonşu rayon Xəstəxanasına aparmağa məcbur olmuşdur. Baş vermiş bu hadisələr orada olan müşahidə kameralarına da düşüb.
Ucar rayon xəstəxanasında korrupsiya yuvası yaratmış İlahə həkimin sözünün üstünə söz deyən yoxdur. Çünki onu keçmiş nəqliyyat naziri Ziya Məmmədovun qardaşı İldırım Məmmədov himayə edir. Xəstəxananın baş həkimi isə İldırım Məmmədovun qızının qaynı Zeynal Bayramlıdır. Bu səbəbdən Zeynal Bayramlı özü şəxsən İlahə həkimin kapirizlərinin qarşsında aciz qalmışdır.
Aktualinfo.org
 

Şərhlər

XƏBƏR LENTİ