SON DƏQİQƏ
XalqXeber.Az » Bölgə » Ziya Məmmədovun qardaşı “Qaradağsement”lə əlbir olub saxta mal satır- İDDİA

Ziya Məmmədovun qardaşı “Qaradağsement”lə əlbir olub saxta mal satır- İDDİA

Tarix:

10-01-2018, 00:04

/ 2 783 dəfə oxundu.
Ziya Məmmədovun qardaşı “Qaradağsement”lə əlbir olub saxta mal satır- İDDİA

Ucar rayonu Alpı kənd sakini Əhmədov Novruz Həsənqulu oğlu sabiq nəqliyyat naziri Ziya Məmmədovun qardaşı İldırım Məmmədovdan şikayətçidir.

xalqxeber.az-a ünvanladığı şikayət məktubunda vətəndaş bildirir ki, İ.Məmmədova məxsus olan Ucar rayonu dörd yol ərazisində yerləşən “Halal İnşaat” adlı pərakəndə və topdansatış bazasında saxta tikinti materialları satıb vətəndaşlara ziyan vurulur. N.Əhmədov həmçinin iddia edir ki, qeyd edilən mağazada alver zamanı təqdim edilən kassa ödəniş qəbzləri də saxtadır: “Ucar rayonunun dörd yol ərazisində Qarabörk kəndində yerləşən “Halal İnşaat” topdan və pərakəndə bazasının əsil sahibi Ziya Məmmədovun qardaşı İldırım Məmmədov olsa da, mağazanı Rafael Məhərrəmov adlı şəxs işlədir. Bütün sənədləri Rafaelin atası Maarif Məlik oğlu Məhərrəmovun adınadır. 2017-ci ilin aprel ayı tarixində “Halal İnşaat”dan 180 ədəd 50 kloqramlıq kisə “Qaradağ YR-500” markalı sement, 612 metr armatur, 2 maşın qum və 2 maşın doğranmış çınqıl aldım. Həmin materiallarla həyətyanı sahəmdə tikinti özülü hazırlandı beton töküldü. Ancaq sement tam keyfiyyətsiz olduğu üçün 15 gün keçməsinə baxmayaraq, tökülən beton tam yararsız oldu bərkimədi. Bununla mənə 3500 manat maddi ziyan dəydi. Bu barədə “Halal İnşaat” bazasına məlumat verdim. Oranı işlədən Rafael Məhərrəmov evimə gəlib tikintiyə baxdı və bildirdi ki, “belə hallar olur, bu bizilik deyil, “Qaradağ” sement zavodu saxta sement istehsal edirsə buna mən nə etməliyəm”. Mən bu qanunsuzluq saxtakarlıq barədə İqtisadiyyat Nazirliyinin Antiinhisar Siyasəti və İstehsalçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinə şikayət ərizəsi ilə müraciət etsəm də, heç bir tədbir görülmədi. Həttda aldığım tikinti materiallarına görə “Halal İnşaat” bazasına ödədiyim pulun kassa qəbzinin saxta olmasını da mənə Ucar rayonunda yerləşən ərazi vergi idarəsinin əməkdaşı bildirdi. Bunu isə vergidən gəlir yayındırmaq məqsədi ilə edirlər”.
Şikayətçi bildirir ki, bu qədər saxtakarlıqla bağlı əlində subutların olmasına baxmayaraq, “Halal İnşaat” barəsində heç bir tədbir görülmür: “Çünki “Halal İnşaat” sabiq nəqliyyat naziri Ziya Məmmədovun qardaşı İldırım Məmmədovun himayəsi altında fəaliyyət göstərir. Sonradan mənə dedilər ki, adını halal qoymuş bu bazada haram işlər görülür ki, buna görə tək mən yox, çoxlu sayda vətəndaşlara ziyanlar dəyib. Digər Ucar sakinlərinin bu bazadan aldıqları “Qaradağ” sementləri saxta çıxmış onlara dəymiş ziyanlar ödənilməmişdir. Uzun müddətdir bu saxtakarlıq “Halal İnşaat”da davam etsə də, qarşısı alınmır. Belə çıxır ki, “Halal İnşaat” bazası pul qazanmaq üçün “Qaradağ” sement zavodu ilə əlbir olub saxta sementləri camaata satır. Mən kasıb adamam bir neçə il boğazımdan kəsib tikinti üçün pul yığmışdım ki, o da Ziya Məmmədovun qardaşının himayəsində saxta fəaliyyət göstərən yaramazlara qurban getdi”.
Şikayətçi bildirir ki, 25 yanvar 2018-ci il tarixdə iqtisadiyyat naziri Şahin Mustafayevin Ucar rayonunda keçirəcəyi vətəndaş qəbuluna yazılıb. Mətbuata müraciət etməkdə məqsədi isə digər insanların bu saxtakarlıqdan əziyyət çəkməməsi üçün xəbərdar edilməsidir: “Mən mətbuat vasitəsi ilə Azərbaycan Respublikasının vətnədaşlarına müraciət edib məlumat verirəm ki, “Qaradağ” sement zavodunun məhsullarını almayın, ehtiyatlı olun, oranın sementləri saxta və keyfiyyətsizdir. Həmçinin iqtisadiyyat naziri Şahin Mustafayevə, vegilər naziri Mikayıl Cabbarova müraciət edib xahiş edirəm, Ucar rayonunda saxta və qanunsuz fəaliyyətlə məşğul olan “Hlal İnşaat” bazasında ciddi yoxlama aparılmasına tapşırıq verilsin”.
Məsələ ilə bağlı qarşı tərəfin mövqeyini öyrənmək cəhdlərimiz boşa çıxdı.
Yazıda adları çəkilən şəxsləri dinləməyə və mövqelərini dərc etməyə hazırıq.

Əlaqə telefonu; (050) 420-66-60
Ziya Məmmədovun qardaşı “Qaradağsement”lə əlbir olub saxta mal satır- İDDİA
Ziya Məmmədovun qardaşı “Qaradağsement”lə əlbir olub saxta mal satır- İDDİA
Ziya Məmmədovun qardaşı “Qaradağsement”lə əlbir olub saxta mal satır- İDDİA
Ziya Məmmədovun qardaşı “Qaradağsement”lə əlbir olub saxta mal satır- İDDİA
Ziya Məmmədovun qardaşı “Qaradağsement”lə əlbir olub saxta mal satır- İDDİA

Şərhlər

XƏBƏR LENTİ