SON DƏQİQƏ
XalqXeber.Az » Bölgə » Ziya Məmmədovun bacısı oğludur, Allahın ki bacısı oğlu deyil... - GİLEY

Ziya Məmmədovun bacısı oğludur, Allahın ki bacısı oğlu deyil... - GİLEY

Tarix:

10-06-2020, 16:15

/ 1 808 dəfə oxundu.
Ziya Məmmədovun bacısı oğludur, Allahın ki bacısı oğlu deyil... - GİLEY

Ucar bəlkə də tək-tük rayonlarımızdandır ki, bu rayonla bağlı hansısa neqativ məqam işıqlandırılanda heç bir rəsmi reaksiya verilmir. Bildirək ki, təkcə elə DİA.AZ saytında yüzlərlə Ucar sakininin hansısa problemi bu vaxta qədər işıqlandırılıb və heç bir məsələyə nə rəy öyrənə bilmişik, nə də rəsmi dairələrin özləri reaksiya verməkdə maraqlı olublar. Deyəsən, bu məqam elə narazı Ucar sakinlərinin də diqqətini cəlb edib. Onlar dia.az-a yazırlar:

"Bizim icra başçısından kimə istəyirsənsə şikayət et, xeyri olmayacaq. Bunu dəfələrlə görmüşük. Ucarın icra başçısı olan Mənsur Məmmədov nə cmaaatı dinləyir, nə də bildiyindən geri durur. Adamın rəsmən Araz aşığındandır, Kür də topuğundan. Elə İcra hakimiyyətinin işçiləri də açıq şəkildə bizə deyirlər ki, əziyyət çəkib saytlara yazmayaq, çünki xeyri olmayacaq. Elə də olur.

Bizi bir başa salan lazımdır ki, nədən Mənsur Məmmədova söz deyən tapılmır? Məgər bu adam toxunulmazdır? Bilirik ki, keçmiş Nəqliyyat Naziri Ziya Məmmədovun bacısı oğludur, Allahın ki bacısı oğlu deyil..."

Sonda narazı ucarlılar ölkə rəhbərliyinə müraciət edərək Ucara xalqa gün ağlaya biləcək başçı göndərilməsini də xahiş edirlər.

Şərhlər

XƏBƏR LENTİ