SON DƏQİQƏ
XalqXeber.Az » Bölgə » “Azəriqaz” İB Yevlax sakinlərinə necə “torba tikir?”

“Azəriqaz” İB Yevlax sakinlərinə necə “torba tikir?”

Tarix:

15-11-2021, 21:30

/ 614 dəfə oxundu.
“Azəriqaz” İB Yevlax sakinlərinə necə “torba tikir?”


Son günlər Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi haqqında narazılıqlar durmadan artır. Son günlər artan narazılığın bir qismi qaz sərfiyyatının (həm də qaz borcunun) çox yazılması ilə bağlıdır.

Bu barədə KanalS.az-a Yevlax şəhər sakini Məmmədov Hakim Vəli oğlu məlumat verib. O, bildirib ki, artıq ikinci dəfədir “Azəriqaz”-ın işçiləri (Rəşad Mehdiyev) bizə əlavə borc yazır. Belə bir hadisə keçən il də baş vermişdi, məbləğ az idi deyə öz cibimizdən ödədik. İndi isə nə az nə çox düz 163 kub qaz sərfiyyatı yazıblar. Həmin “Azəriqaz”-ın əməldaşları gəlib, əllərində qələm, sayğaca baxmadan ağıllarına gələni yazıb gedirlər. Halbuki, sayğacların göstəricilərini qeyd etmək üçün onlara xüsusi avadanlıqlar verilib. Hanı bəs o aparatlar? Kimin azdan-çoxdan anlayışı var “Azəriqaz”-ın “maska”sını çırır və şikayət edir. Şikayət edildiyini görən “əməkdaşlar” abonentə “idarə gəl, şikayətini bildir” deyə cavab verirlər.

Məsələ ilə bağlı Azəriqaz İB-nin mətbuat katibi Eldəniz Vəliyevlə əlaqə saxladıq. Qrumun rəsmisi yaranan problemi aradan qaldırılması üçün məsələnin araşdırılacağını bildirdi.

KanalS.az 

Şərhlər

XƏBƏR LENTİ