XalqXəbər.Az

www.XALQXEBER.az » Sosial » "Azəriqaz" işçilərinin maaşlarını vermir - ŞİKAYƏT

"Azəriqaz" işçilərinin maaşlarını vermir - ŞİKAYƏT

"Azəriqaz" işçilərinin maaşlarını vermir - ŞİKAYƏT
10-08-2017, 13:23

Ötən gün “Azəriqaz” İstehsalat Birliyi Açıq Səhmdar Cəmiyyətinin işçilərinin əmək haqlarını almaması haqda məlumat yayılıb. Məsələyə aydınlıq gətirmək üçün qurumun mətbuat katibi ilə əlaqə saxladıq.

“Azəriqaz”İstehsalat Birliyi Açıq Səhmdar Cəmiyyətinin mətbuat katibi İbrahim Kərbəlayev açıqlamasında bu informasiyanın yanlış olduğunu bildirib.

Qeyd edib ki, həmişəki kimi öncəki ayın əmək haqqı mərhələli şəkildə, növbəti ayın sonunadək ödənilir: “Bu proses həmişə belə olub. Artıq işçilərin bir qismi əmək haqqını alıb. Bu proses ayın sonunadək mərhələli şəkildə davam edəcək”.

Cebhe.info

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.