"Azəriqaz" tanınmış iş adamını məhkəməyə verdi - SƏBƏB
"Azəriqaz” İstehsalat Birliyi tanınmış iş adamı, “Şərur” MTK şirkətinin rəhbəri İsfəndiyar Axundova qarşı məhkəmə iddiası qaldırıb.
Yeniavaz.com xəbər verir ki, “Azəriqaz” İstehsalat Birliyinin iddiasına Bakı Kommersiya Məhkəməsində hakim Səbinə Nuriyeva tərəfindən baxılacaq.
Qeyd edək ki, iddia İsfəndiyar Axundovun aldığı təbii qaza görə yaranan borc öhdəliklərini yerinə yetirməməsilə bağlıdır.
Məlumat üçün bildirək ki, qanuni təmsilçisi Axundov İsfəndiyar Məhəmməd oğlu olan “Şərur” MTK 2001-ci ildə dövlət qeydiyyatına alınıb. MTK-nın nizamnamə kapitalı 148 min 788 manat 20 qəpik təşkil edir.
Onu da qeyd edək ki, “Şərurlu İsfəndiyar” olaraq tanınan iş adamı İsfəndiyar Axundov barəsində mətbuatda çoxsaylı tənqidi yazılar yayımlanıb.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək