SON DƏQİQƏ
XalqXeber.Az » Bölgə » Müraciət etsəm də Ağcabədi İcra Hakimiyyəti bir dəfə yardım əlini uzatmayıb...” - NARAZILIQ!

Müraciət etsəm də Ağcabədi İcra Hakimiyyəti bir dəfə yardım əlini uzatmayıb...” - NARAZILIQ!

Tarix:

25-06-2021, 15:33

/ 794 dəfə oxundu.
Müraciət etsəm də Ağcabədi İcra Hakimiyyəti bir dəfə yardım əlini uzatmayıb...” - NARAZILIQ!

Xəbər verdiyimiz kimi Vətən müharibəsi iştirakçısı gizir Qadir Cəfərov ağır sosial problemlər içində yaşadığını bildirib.

Q.Cəfərov Moderator.az-ın əməkdaşı ilə söhbəti zamanı bildirib ki, müraciət etməsinə baxmayaraq Ağcabədi rayon İcra Hakimiyyəti də ona yardım əlini uzatmayıb:

“Biz neçə ildir ki, kirayədə yaşayırıq. Ağcabədi rayonundanıq. Rayonda baba evimizdən səkkiz ildən çoxdur ki, ailəmi çıxarıblar. Elə o vaxtdan da Bakıda kirayədə yaşayırıq. Özüm Azərbaycan Silahlı Qüvvələrində gizir işləyirəm. Döyüşlərdə iki dəfə də yaralandım. “YAŞAT” Fondu tərəfindən əməliyyat olunacam və ayağımdakı qəlpələr çıxarılacaq. Ağrıdan gecələr yata bilmirəm”.

Qadir həkimlərin səhlənkarlığı nəticəsində beş aylıq körpəsini də itirdiyini bildirib:

“Aldığım maaş da kreditə ödənir. Anam astma xəstəsidi, atam da birinci Qarabağ müharibəsi veteranıdı, başının bir tərəfi yoxdur. Anamın da pensiyasını kəsiblər və növbəti dəfə sənədlərini göndəriblər, amma hələ təsdiqlənməyib. Bu ay maddi cəhətdən çox çətinliklərimiz oldu. Həyat yoldaşım bir həftədir ki, əməliyyat olundu və həkimlərin səhlənkarlığı ucbatından beş aylıq uşaq ana bətnində öldü. Ona görə də problemlər içində “boğuluram”. Ümumilikdə beş yüz manat kirayə pulu verirəm. Bir sözlə, sürünə-sürünə yaşayırıq”.

Qazimiz döyüşlərdə aldığı xəsarətdən sonra gözünün əməliyyat olunduğunu bildirib:

“Zaur Baxşəliyevin verilişinə çıxdım və orda gözümü əməliyyat elədim. Hələ ki, ordudan da tərxis olunmamışam. Məsələylə bağlı Ağcabədi rayon İcra Hakimiyyətinə də müraciət etmişəm, amma heç bir köməklik edilməyib. Həyat yoldaşım da Füzuli rayonundan məcburi köçkündü. Əməliyyatdan təzə çıxmışam, Şuşaya gedəcəm və ordan da əmrimi Füzuliyə veriblər. Füzulidən göndəriş alandan sonra “YAŞAT” Fondu vasitəsilə əməliyyata göndəriləcəm”.

Qeyd edək ki, Qadir Cəfərov Füzuli, Cəbrayıl və Şuşa uğrunda gedən döyüşlərdə iştirak edib. Döyüşlər zamanı iki dəfə yaralanıb. Ayaqlarından qəlpə yarası alıb, sağ gözünün görmə qabiliyyəti zəifləyib.

Qazimizə yardım etmək istəyən şəxslər bu hesaba pul köçürə bilərlər.

Kapital Bank 416941319256895

Şərhlər

XƏBƏR LENTİ