XalqXəbər.Az

www.XALQXEBER.az » Bölgə » Kirayədə yaşadığını deyən icra başçısı 4 minlik kəmər taxır — FOTO

Kirayədə yaşadığını deyən icra başçısı 4 minlik kəmər taxır — FOTO

Kirayədə yaşadığını deyən icra başçısı 4 minlik kəmər taxır — FOTO
23-12-2019, 02:36

Kirayədə yaşadığını deyən İmişli Rayon İcra Hakimiyyətinin başçısı Vilyam Hacıyev brend markalı kəmər taxır.

Demokrat.az-ın məlumatına görə, kirayədə qalmasından gileylənən İcra Hakimiyyəti başçısının kəməri "Stefano Ricci"dəndir.

Hazırda sözügedən markanın satış qiyməti 2 min avro (4 min manat) təşkil edir.

Maraqlıdır, İmişlidə şəkər zavodunda ailələr üçün tikilmiş yataqxanada, ailəsi ilə birlikdə aylıq 124 manat kirayə haqqı ödəməklə yaşadığını deyən Vilyam Hacıyev bəs 4 min manata kəməri necə alıb?!

Qeyd edək ki, müğənni Vasif Məhərrəmli də həmin markadan istifadə edir.
Kirayədə yaşadığını deyən icra başçısı 4 minlik kəmər taxır — FOTO

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.